“Fararu” (İran)
İndi, terrorçu qrupun lideri yoxa çıxdıqdan sonra, onun harada olduğu böyük maraq doğurur. Əbubəkr əl-Bağdadinin ailəsi hələ də onu mömin şəxs sayır, İŞİD terorçuları isə məxfiliyi xoşlaması, hətta kiminləsə söhbət edərkən, üzünü örtdüyünə görə onu “İtkin şeyx” adlandırırlar.
İŞİD-in İraq və Suriyadakı idarəçiliyi sona çatdıqdan sonra terrorçu qrupun fəaliyyəti yeni bir mərhələyə daxil olub. Əraziləri yoxdur, lakin onların səsləri künc-bucaqdan eşidilir. Bu səs Əfqanıstan və Şimali Afrikanın hər hansı bir yerindən daha gur səslənir. Təhlükə və təhdid bu qrupun gündəmində mütəmadidir.
Milad ərəfəsində İŞİD, terrorçu qrupun tərəfdarlarını Britaniya, Fransa və Almaniyada ölümcül hücumlar həyata keçirməyə çağırıb. Amma bədnam qrupun liderindən xəbər yoxdur və heç bu sualın cavabı da bilmir: Əbubəkr əl-Bağdadi haradadır?
“Haşdi-Şəabi” liderlərindən birinin sözlərinə görə, “Əbubəkr əl-Bağdadi amerikalıların əlindədir". Bunu iddia edən Cabbar əl-Məmuri əlavə edib ki, Birləşmiş Ştatlar ondan başa bir coğrafi məkanda istifadə etmək istəyəcək, “əks halda, onu öldürər, dünyanı heyrətləndirmək üçün çox yaxşı Hollivud filminə bənzər süjet fikirləşərdilər".
Bu iddia Bağdadinin öz taleyinin sahibi olmadığını göstərir. Doğrudur, İŞİD liderlərinin çoxu bir-birinin ardınca öldürülüb. Amma bir neçə gün əvvəl bəzi KİV-lər Bağdadinin Əbu-Kamalda göründüyünü iddia edib. Amma xəbəri yayan media indiyədək etibar doğuran bircə mənbənin adını belə çəkməyib.
Əbubəkr Bağdadinin taleyi haqqında son fərziyyələr sentyabr ayından gündəmdədir. O zaman ABŞ başda olmaqla koalisiya qüvvələrinin komandanı Stiven Taunsend İŞİD liderinin hələ də yəqin ki, diri olduğunu açıqlamışdı. Amerikalı generalın sözlərinə görə, İŞİD bazaları bombalandıqdan sonra Bağdadi Suriya-İraq sərhədi zonasında gizlənib.
Bu bəyanat Rusiyanın "böyük ehtimalla" Raqqaya hava hücum zamanı “xəlifə”nin öldürüldüyünü elan etməsindən üç ay sonra verilib.
Eyni zamanda, ötən oktyabr ayında İŞİD Əbubəkr əl-Bağdadiyə məxsus səsli mesajı yayıb. Səs həqiqətən, Bağdadinin səsinə oxşayır, hərçənd audoismarışın mənşəyi məlum deyil, amma onun son vaxtlarda yazıldığı şübhə doğurmur.
Bununla belə, Bağdadi barədə heç bir etimad doğuran xəbər-ətər yoxdur.
İŞİD-in məchul lideri hələ üç il əvvəl İraqın şimalında bombardıman zamanı öz avtomobilində yaralanmışdı. Əbu Məhəmməd Adnani –İŞİD “rəsmi” sözçüsü onda tvit yazmışdı: “Elə bilirsiniz ki, xəlifənin ölümü ilə xilafət sona çatır? Biz ümmətə etibar edirik, əlhəmdulillah Əbubəkr Bağdadinin vəziyyəti yaxşıdır, onun tezliklə şəfa tapması üçün dua edin”.
Əbu Bəkr Bağdadi kimdir?
İbrahim Avvad İbrahim Əli Məhəmməd Əbubəkr əl-Bağdadi Samərai Bədri 1971-ci ilin yayında Səmərra şəhərində anadan olub. Doktor İbrahim və ya Əbu Dava kimi də tanınıb.
Nisbətən zəngin bir ailədə dünyaya gəlib. Bir müddət uşaqlara Quran-ı Kərimi öyrətdikdən sonra “Müsəlman Qardaşlar” hərəkatına qatılıb.
2004-cü ilin dekabrında həbsxanadan azad olduqdan sonra İraqda “əl-Qaidə”yə qatılıb. Amerikanın hava reydləri zamanı Əbu Musab əl-Zərqavi və Əbu Əyyub Masrinin ardıcıl ölümünün dalınca, 2010-cu ildə İŞİD-i yaradıb. Özünü xəlifə elan edib. “Xilafət”in ərazisini genişləndirib.
Qara bazarda gündəlik neft satışından İŞİD təxminən 1 milyon dollar qazanıb.
Bundan əlavə, İŞİD İngiltərə, Fransa və Almaniya daxil olmaqla, Avropa ölkələrini hədəfə alıb.
İntiharçılar müxtəlif şəhərlərdə partlayışlar törədib.
Bağdadinin ilk audoismarşı 2012-ci ilin yayına təsadüf edir və bu yazıda o, İŞİD-in çoxsaylı qələbələrini açıqlayıb.
Birləşmiş Ştatlar onun başı üçün 10 milyon, daha sonralar 25 milyon dollar mükafat təyin edib. General Süleymaninin sözlərinə görə, Bağdadinin sərəncamında 6 min intiharçşı olub.
İraq və Suriyada sərt idarəçilik yürüdən Bağdadinin indi harada olduğu müəmmadır.
Tərcümə: Strateq.az
Paylaş: