Amerika Birləşmiş Ştatları BMT-nin İnsan haqları şurasına üzvlükdən imtina edib. Straterq.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Nikki Haley iyunun 19-da Dövlət departamentində çıxış edərkən şuranı, avtoritar hakimiyyətlərin insan haqlarını ciddi şəkildə pozmasına göz yummaqda və müntəzəm olaraq israili tənqid etməkdə pisləyib.
“Bu addımı ona görə atırıq ki, bizim öhtəliyimizikiüzlü və özünə xidmət göstərən bir təşkilatda qalmamıza ikan vermir”. Nikki Hale deyib ki, şura müntəzəm olaraq “İsrail əleyhinə” tədbirlər qəbul etməyə can atır.
ABŞ rəsmiləri çoxdandır şikayətlənirlər ki, şura digər ölkələrdə insan haqları pozuntularına məhəl qoymur və həddən artıq İsrailin üzərində dayanır. Nikki Haley qeyd edib ki, Vaşinqton çoxdandır ki, bu orqanda islahatlar aparılmasına çalışır, amma bu səylər nəticə vermir. O qeyd edib ki, Kyba, Rusiya, Çin, Misir və Venesuaela Şurada islahatları əngəlləyirlər .
BMT-nin İnsan haqları şurası 2006-cı ildə, keçmiş ABŞ prezidenti George Buşun dövründə yaradılanda Vaşinqton ona qoşulmaqdan imtina edirdi. Amma ondan sonra gələn prezident Barak Obama 2009-cu ildə bu quruma qoşulmaq qərarına gəldi. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın bu addımını alqışlayıb. BMT-nin insan haqları üzrə rəsmisi Zeid Raad əl-Hüseyn isə Vaşinqtonun qərarından təəssüf bildirib.
Paylaş: