Xəbər lenti

 

Livan ordusu Əl-Mustakbal sünni hərəkatı ilə şiə təşkilatları Amal və Hizbullah arasında baş verən qarşıdurmadan sonra Beyrutun qərb bölgələrinə nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, Livan ordusu qarşıdurmanın mərkəzinə çevrilən Kola yaxınlığındakı əraziləri mühasirəyə alıb.

Bundan əvvəl Livan hərbçiləri və jandarmlar Beyrutun cənubundakı Kaskasın sünni və Tariq əl-Cədid ərazilərinə yaxınlaşan qarşıdurmanı dayandırıb.

Bundan əlavə, Livan birlikləri nümayişçilərin yaxın günlərdə ümumi tətil keçirməyə çağırışını dəstəkləyib. Dövlət sektorunu və özəl şirkətləri əhatə edəcək ümumrespublika etirazları noyabrın 28-də Beyrutda başlayacaq və üç gün davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 657          Tarix: 26-11-2019, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma