Xəbər lenti

 
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında telefon danışığı olub. 
 
Ovqat.com xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
 
Məlumata görə, Bayden Putini önümüzdəki aylarda üçüncü bir ölkədə bir görüş keçirməsini təklif edib.
 
 Amerika lideri Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun birdən-birə artması ilə bağlı narahatlığını da dilə gətirərək, ABŞ-ın Ukrayna dövlətinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini həmkarına xatırladıb.
 
Telefon danışığında Bayden Amerikanın Rusiya tərəfindən atılan addımlara cavab olaraq milli maraqlar naminə qətiyyətli hərəkət edəcəyini açıq şəkildə bildirib.
 
Kremldən rəsmi bir şərh gözlənilir.
 
Qeyd edək ki,  sabah ABŞ-ın ilk hərbi gəmisi Qara dəniz sularına girəcək. Görünür, Vaşinqton “rus sürprizi ilə” üzləşməmək üçün Moskvaya dialoq təklif edib.


Ana səhifəyə qayıt        Baxış: 5 653          Tarix: 13-04-2021, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma