Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Şimal Axını-2” boru kəmərinin tamamlanmasını dayandırmaq mümkün deyidi”.
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ evdə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, kəmərin inşası 99% yerinə yetirilmişdi və “heç bir şey onun tamamlanmasına mane ola bilməzdi”. O, həmçinin bildirib ki, Rusiyanın bundan sonrakı hərəkətləri kəmərin fəaliyyətinin dayandırılması zərurəti yaradarsa, Almaniya bu addımı atmaq üçün öz üzərinə öhdəlik götürüb.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Co Bayden arasında əldə olunan razılığa əsasən, Rusiya qazdan strateji silah kimi istifadə edəcəyi təqdirdə Berlin “Şimal axını-2” kəmərinin fəaliyyətini dayandıracaq. Bundan əlavə, Rusiya Ukrayna ilə bağladığı və 2024-cü ildə qüvvədən düşən qaz tranziti müqabiləsini 10 il müddətinə uzatmalıdır və Almaniya bu şərtin həyata keçirilməsinə zəmanət verib. Ayrıca, ABŞ və Almaniya Ukraynada ekoloji cəhətdən təmiz alternativ enerji təchizatı qurmağı və bu işə 1 milyard dollar vəsait ayırmağı qarşılıq öhdəlik kimi qəbul ediblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar