Xəbər lenti

  
ABŞ Prezidenti Co Bayden ötən həftə Çin lideri Si Cinpin ilə telefonla danışıb və ona görüşmək təklifi edib. Çin lideri isə həmkarının bu təklifini geri çevirib.
 
Ovqat.com xəbər verir ki, məlumatı “Financial Times” nəşri yayıb.
 
Nəşrin iddiasına görə, telefon danışığı hardasa 90 dəqiqə çəkib. Di gəl ki, bu saat yarımlıq müddət Si Cinpini yola gətirmək üçün kifayət etməyib. İddialara inansaq, Çin lideri həmkarına əvvəl Pekinə qarşı ritorikasını yumşaltmağı, ondan sonra iki ölkə rəhbərinin zirvə görüşü barədə düşünməyi məsləhət görüb.
 
Liderlər arasındakı söhbətin detalları ilə tanış olan mənbələrə istinad edən qəzetin yazdığına görə, Çin rəhbərinin bu mövqeyi “ABŞ rəsmilərində Pekinin Vaşinqtonla çətin oyuna davam etməkdə qərarlı olduğu” qənaəti yaradıb.
 
Məlumat yayılandan qısa müddət sonra Co Bayden media nümayəndələri qarşısına çıxaraq iddiaları təkzib edib.


Ana səhifəyə qayıt        Baxış: 5 023          Tarix: 15-09-2021, 07:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma