Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Pentaqonun sözçüsü Con Kirbi bu gün keçirdiyi brifinqdə Şərqi Avropaya göndərəcəkləri ABŞ əsgərlərindən danışıb.
Ovqat.com-un məlumatına görə, sözçü brifinqdə bildirib ki, Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək.
“Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir”, - deyə bildirən Kirbi hərbi personalın bölgəyə “daimi” göndərilmədiyini, bu dislokasiyanın regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb: "Bu, hazırkı vəziyyətə reaksiyadır, onlar Ukraynada döyüşməyəcək".
Onun sözlərinə görə, söhbət 82-ci hava-desant diviziyası və 18-ci hava-desant korpusunun bölmələrindən gedir və bu qüvvələr NATO-nun deyil, ABŞ komandanlığı altında olacaqlar.
Bundan əlavə, Pentaqon Almaniyadan Rumıniyaya daha min əsgər göndərəcək. ABŞ Müdafiə Nazirliyi qeyd edib ki, zərurət yaranarsa, qoşunlarını Avropa daxilinə köçürəcəklər.
Kirbi Avropaya göndəriləcək əlavə qüvvələrin gələcəkdə Ukraynada istifadə edilə biləcəyini də istisna etməyib - əlbəttə ki, "mümkün evakuasiyanı asanlaşdırmaq üçün". O, həmçinin qeyd edib ki, amerikalı hərbi təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə işləməyə davam edəcəklər. Pentaqonun nümayəndəsinin fikrincə, Ukrayna ətrafında vəziyyətlə bağlı münaqişədən hələ də qaçmaq olar. Fəqət, Kirbi Rusiyanın bu məsələdə səmimiyyətinə o qədər də inanmır: "Rusiyanın Ukraynaya növbəti işğalı ilə bağlı yekun qərar verib-vermədiyini bilmirik, lakin onun belə bir fürsəti var. Biz Ağ Ev və ABŞ Dövlət Departamentinin razılığa gəlmək üçün göstərdiyi diplomatik səyləri dəstəkləməyə davam edəcəyik. Biz münaqişənin qaçılmaz olmadığına inanmaqda davam edirik”.
Yeri gəlmişkən, ötən həftə də Vaşinqton 8500 elit paraşütçünü Avropaya göndərilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirmişdi. Pentaqonun bu gün bildirdiyi əsgərlər onların arasında deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar