Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
ABŞ prezidenti Co Bayden dünən axşam rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Ovqat.com-un ABŞ administrasiyasına istinadən verdiyi məlumata görə, telefon danışığında "Rusiyanın Ukrayna ilə sərhədlərində artan hərbi gücü" müzakirə olunub və Bayden həmkarını Rusiyanın işğal siyasətinə girişəcəyi təqdirdə sərt və tez cavab alacağı barədə xəbərdarlıq edib.
Ağ Evin bəyanatında deyilir: “Prezident Bayden prezident Putinə açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımızla tam koordinasiyada diplomatik nizamlamaya üstünlük versə də, digər ssenarilərə də eyni dərəcədə hazırdır”.
Eyni zamanda Bayden vurğulayıb ki, “Rusiyanın Ukraynaya təcavüzü kütləvi insan iztirablarına səbəb olacaq və Rusiyanın mövqeyini zəiflədəcək”.
ABŞ administrasiyasının fikrincə, prezidentlərin söhbəti “peşəkar və mənalı” olub və 1 saatdan çox davam edib. Ağ evin adı açıqlanmayan yüksək səlahiyyətli sözçüsü iki lider arasındakı söhbətdən sonra bildirib ki, Co Bayden və Vladimir Putin komandalarının yaxın günlərdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı növbəti dəfə əlaqə saxlamaq barədə razılığa gəliblər. Sözçü, həmçinin bildirib ki, telefon danışığında əldə edilən razılaşmalar Rusiyanın Ukraynaya hücum etmə ehtimalını aradan qaldırmır.
Qeyd edək ki, ABŞ rəsmiləri və xüsusi kəşfiyyat orqanları Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edəcəyi və bir neçə gün ərzində bütün ölkəni ələ keçirəcəyi barədə məlumatlar yayır. Bir çox hallarda yayılan iddialar Ukrayna rəsmiləri tərəfindən də xoş qarşılanmır və onurqırıcı hesab olunur. Ukrayna prezidenti artıq bir neçə dəfə rus təcavüzü ehtimalının şişirdildiyini, bunun ölkədə xof yaratdığını və Ukrayna xalqının maraqlarına xidmət etmədiyini vurğulayıb. Kiyevin bütün iradlarına baxmayaraq, Vaşinqton potensial rus təcavüzü barədə iddialarından əl çəkmir və bunun Ukrayna xalqını ruhdan salmağa deyil, Rusiyanı işğal niyyətindən çəkdirməyə xidmət etdiyini bildirir.
Bir çox ekspertlər də Kiyevin bu narahatlığına haqq verir və ABŞ-ın sanki Rusiyanı işğala həvəsləndirdiyinə inanırlar. Vaşinqtonun xüsusilə Rusiyanın işğalına hərbi cavab verməyəcəyi, sadəcə iqtisadi sanksiyalarla kifayətlənəcəyi barədə açıqlamaları həqiqətən də xoşməramlı təsir bağışlamır, sanki ABŞ-ın II Dünya Müharibəsindən sonra formalaşmış dünya düzənini yenidən bərpa etmək niyyətində olduğunu göstərir. Ağ ev rəsmiləri bu niyyətlərini gizlətmir və son zamanlar yeni güc mərkəzlərinin ortaya çıxması ehtimalından əndişələrini ortaya qoyurlar. Mümkündür ki, ABŞ-a dünyanı, xüsusilə Qərb ölkələrini rus təcavüzü ilə qorxudub onun ağuşuna atan vəhşi Rusiya obrazı daha sərfəli görünür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar