Xəbər lenti

Rusiya Federasiyası hökuməti Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib.

“Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Angilya, Britaniya Vircin adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya”, - deyə Rusiya Federasiyası Nazirlər Kabineti məlumat yayıb.

***

Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyasını tərtib edib. “Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb.

Siyahıya ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir.

Siyahı Rusiya Prezidentinin 5 mart 2022-ci il tarixli “Bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında” fərmanı çərçivəsində təsdiq edilib.



Ana səhifəyə qayıt        Baxış: 3 354          Tarix: 7-03-2022, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma