Xəbər lenti
27-11-2024, 19:25

Almaniya və Fransa ruslara Şengen vizalarının verilməsinə qadağaya qarşı çıxıb.

Azpost.info xəbər verir ki, məsələ ilə bağlı iki Avropa ölkəsinin mövqeyini DPA agentliyi onların Avropa İttifaqının (Aİ) digər dövlətlərinə göndərdiyi sənədə istinadən yayıb.

Agentliyin məlumatına görə, Paris və Berlin Aİ-ni vizalardan mühüm təsir rıçaqı kimi istifadə etməyin ağıllı yolları üzərində düşünməyə çağırıb. Xüsusilə, Rusiya vətəndaşlarının mümkün təhlükəsizlik təhdidləri üçün hərtərəfli yoxlanılması təklif ediblər.

Həmçinin demokratik ölkələrdə yaşama təcrübəsinin xüsusilə gələcək nəsillər üçün təsirini qiymətləndirməmək lazım olduğunu qeyd ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 516          Tarix: 30-08-2022, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma