Xəbər lenti

Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

“Report” xəbər verir ki, Həsəkənin Rəsuleyn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları, həmçinin Hələbin Daret İze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələri ilə yanaşı Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera vilayətlərində keçirilən nümayişlərə minlərlə insan qatılıb.

Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya Prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.

Onlar "Əsəd, istefa et", "Suriya bizimdir, onu heç kimə təslim etməyəcəyik" kimi şüarlar səsləndiriblər.

Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri bu gün obyektləri bağlayaraq nümayişlərə dəstək veriblər.

Qeyd edək ki, avqustun 16-da Dəməşq rəhbərliyinin yanacağın qiymətini artırma qərarından bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqədə nümayişlər başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 400          Tarix: 1-09-2023, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma