İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib.
Bu barədə “Telegram” kanalları məlumat yayıb.
Mənbə: Lenta dnya
21:48
“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
Hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.
Ölənlərin sayının daha da artacağı gözlənilir.
Mənbə: “The Times of Israel”
16:56
Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40-ı keçib.
Qeyd edək ki, yaralananların sayı 770-i keçib.
15:11
HƏMAS-ın İsrailə endirdiyi aviazərbələrdən sonra yaralıların sayı durmadan artır.
Belə ki, ən son məlumatlara görə yaralıların sayı 500-dən çoxdur.
Qeyd edək ki, bu səhər saatlarından Qəzza zolağından İsrail raketlərdən atəşə tutulub.
14:23
İsrailin cənub və mərkəzinə raket hücumlarında ölənlərin satının 22-ə çatdığı bildirilir. Həmçinin ən azı 70-i ağır olmaqla, 300-dən çox yaralı var.
Qeyd edək ki, HƏMAS kütləvi hücumda əsgərləri, mülki vətəndaşları əsir götürdüyünü iddia edir.
12:51
İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb, 300 nəfər yaralanıb.
Döyüşlərin getdiyi ərazilərdə sakinlər terrorçular tərəfindən atəşdə tutulur, yaralıların sayı durmadan artır.
Mənbə: timesofisrael
12:20
İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində azı 80 nəfər yaralanıb.
Məlumata görə, Qəzza zolağından atılan kütləvi raket hücumundan sonra 80-ə yaxın yaralı İsrailin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.
Qeyd olunur ki, Qəzzadan olan radikallar bir neçə saat ərzində İsrailə beş mindən çox raket atıblar.
Mənbə: RIA novosti
Paylaş: