Xəbər lenti

Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə “Liqa. Xəbərlər” nəşri yazıb.

Qeyd edək ki, mayın 25-də verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırıb.

Digər tərəfdən, bir qrup ABŞ Konqresinin üzvü bu yaxınlarda Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarda ABŞ silahlarından istifadə etməsinə icazə verilməsini istəyib.




Ana səhifəyə qayıt        Baxış: 4 245          Tarix: 29-05-2024, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma