Xəbər lenti

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfahda HƏMAS briqadasının hava bölməsinin komandir müavinini hava zərbəsi nəticəsində öldürüb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rəfah bölgəsindəki əməliyyatlardan biri çərçivəsində İsrail Hərbi Hava Qüvvələri radikalların qərargah kimi istifadə etdikləri və gizləndikləri mənzilə hücum edib.

Bu hücum nəticəsində Fələstinin HƏMAS hərəkatının Rəfah briqadasının hava bölməsinin komandir müavini öldürülüb.




Ana səhifəyə qayıt        Baxış: 4 209          Tarix: 8-08-2024, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma