Xəbər lenti

"Tehran İsrail tərəfinin hərəkətlərinə layiqli və sərt cavab verəcək".

Oxu.Az xəbər verir ki, bunu "Ordu-2024" forumunda iştirak edən İranın Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat şöbəsinin rəis müavini, briqada generalı Əli Şadmani TASS agentliyinə açıqlamasında deyib.

"İranın nöqteyi-nəzərindən, terrorçu qruplaşma HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyənin qətli ilə bölgədə təhlükəsizlik balansını pozdu. Bunu dünyadakı çoxluq həll etmir, İran kimi güclü bir ölkə özü buna cavab verməlidir. Qisas üsulunu bizim ruhani liderimiz müəyyən edib. Bu, asan bir seçim deyildi", - deyə o bildirib.

General qeyd edib ki, bu vəziyyətə təsir edən iki amil var - bölgədəki vəziyyət və daxili məsələlərə yönəlmiş ikinci amil. O, həmçinin əlavə edib ki, bütün dövlət adamları yekdilliklə belə qərara gəliblər.

Xatırladaq ki, iyulun 31-də İsmayıl Haniyə Tehranda gecələdiyi evə raketin birbaşa düşməsi nəticəsində öldürülüb. O, ölkənin yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedibmiş.




Ana səhifəyə qayıt        Baxış: 3 599          Tarix: 12-08-2024, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma