ABŞ və Çin arasındakı iqtisadi müharibədən qazanan tərəf Hindistan ola bilər.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennonun bəyanatını şərh edən Siyasi ekspertlər və konsultantlar Assosiasiyasının üzvü, politoloq Kiril Koktış “Russia Today” telekanalı ilə söhbətində deyib.
“İki süper iqtisadi subyektin toqquşmasında üçüncü oyunçu qalib gəlir. O toqquşmada iştirak etmir və toqquşma nəticəsində “yandırılmış əraziləri” tutaraq qazanan tərəf olur. Məsələn, Hindistan”, - Koktış bildirib.
O əlavə edib ki, Çin və ABŞ-ın iqtisadi qarşıdurması artıq on il sonra bitə bilər,
“Daha sonra Vaşinqton Pekinin öhdəsindən gəlmək şanslarına malik olmayacaq”, - politoloq vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Stiven Bennon ABŞ Çinlə iqtisadi müharibə apardığını deyib. Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.
“ABŞ uduzmağa davam edərsə, heç vaxt özünü bərpa edə bilməyəcək”, - o əlavə edib.
Paylaş: