Xəbər lenti

"Aeroflot" məhkəməni uduzdu: Bütün Rusiyanın danışdığı QALMAQAL

Rusiyanın paytaxtı Moskvada maraqlı iddia ilə məhkəmə prosesi başladılıb.

Publika.az xəbər verir ki, Rusiyanın hava yolu şirkətlərindən biri olan "Aeroflot" işçiləri tərəfindən məhkəməyə verilib. İddia edilir ki, rəhbərlik 2 stüardessanı artıq çəkiyə görə işdən azad edib.

"Aeroflot" işçilərinin (stüardessaların) 42 bədən geyinməli olduqlarını yazılı şəkildə müqaviləyə əlavə etdiyini deyib.

"Artıq çəki üçün əlavə yanacaq xərcləyə bilmərik" deyən şirkət məhkəməni uduzub. Ayrı-seçkilik iddiası ilə şirkətdən təzminat alan işçilər "əsas peşəkarlıqdır, bədən çəkisi deyil" deyə irad bildiriblər.

Şirkətin vəkili məhkəmənin qərarı ilə razılaşmadıqlarını deyib.




Ana səhifəyə qayıt        Baxış: 544          Tarix: 7-09-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma