Xəbər lenti

Haber Ankara, Türkiyə
19.08.2021


Ölkəmizdə baş verən böyük meşə yanğınlarının nəzarətə götürülməsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri də önəmli rol oynayıb.

Qardaş ölkə Azərbaycandan yanğınla mübarizə üçün Türkiyəyə gəlmiş 730 nəfərlik heyət iki həftə sonra vətəndaşlar tərəfindən böyük coşqu ilə ölkəsinə yola salınıb. Onlar iki həftə ərzində durmadan yanğınla mübarizə aparıb, qayalıq ərazilərdə gecə-gündüz demədən, alovun önünə sədd çəkiblər.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğınları nəzarətə aldıqları ərazilərdə soyutma əməliyyatları da həyata keçiriblər.
Muğladakı tələbə düşərgələrində qonaq edilən azərbaycanlı yanğınsöndürənlər, nəhayət, ölkələrinə yola salınıblar.

“Yanğınları türkiyəli qardaşlarımızla birlikdə dəf etdik”
Azərbaycanlı komandir yaşadıqlarını belə ifadə edib: “Burada yanğınla mübarizə apardıq. Yanğınları türkiyəli yanğınsöndürən qardaşlarımızla birlikdə dəf etdik. Türkiyəli qardaşlarımızın yanında olduq. Yaxşı günlərdə dost, qardaş çox olur. Əsl dostlar, qardaşlar pis gündə tanınır”.

730 nəfərlik heyət Azərbaycana döndü
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 730 nəfərdən ibarət mütəxəssis heyəti iki həftə ərzində Muğla və Aydında yanğınsöndürmə əməliyyatları aparıb. Onlar alovun geniş yayıldığı Marmaris və Köyceğiz kimi bölgələrdə də önəmli işlər görüblər.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haber Ankara


Ana səhifəyə qayıt        Baxış: 4 335          Tarix: 19-08-2021, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma