Xəbər lenti

“Krokus Siti Holl”da terror aktını həyata keçirən terrorçular hücumdan sonra Kiyevə istiqamət alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, onların bütün hərəkətlərinə Teleqram vasitəsilə bir kişi nəzarət edib.

“Koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddini keçmək və vəd edilən mükafatı almaq üçün Kiyevə yola düşüblər”, - məlumatda deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 644          Tarix: 29-03-2024, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma