Xəbər lenti

ABŞ-da aktiv neft quyularının sayı dekabrın 2-dən 8-nə qədərki həftə ərzində 2 ədəd və yaxud 0,27% artaraq 751-ə çatıb.

Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı dəyişməyərək 180 ədəd təşkil edib. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 2 ədəd və yaxud 0,21% artaraq 931 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 253 ədəd və yaxud 50,8%, aktiv qaz quyularının sayı 55 ədəd və yaxud 44%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 307 ədəd və yaxud 49,2% artıb.

2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,38 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,3% aşağıdır.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50-65 dollar arasında dəyişəcək: "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək".

Xatırladaq ki, bu il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda quyuların sayı bu səviyyədən 17 ədəd və yaxud 2,2% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 25 min barel və yaxud 0,26% artaraq 9,707 mln. barel/günə çatıb və rekordu yeniləyib. Bu rəqəmin qısamüddətli perspektivdə 10 mln. barel/günü ötməsi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 11-12-2017, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma