Xəbər lenti

ABŞ-da aktiv neft quyularının sayı yanvarın 1-dən 5-dək 5 ədəd və ya 0,67% azalaraq 742 ədəd təşkil edib.

"Report" xəbər verir ki, məlumatı ABŞ-ın "Baker Hughes" şirkəti yayıb.

Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı dəyişməyərək 182 ədəd təşkil edib. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 5 ədəd və yaxud 0,53% azalaraq 924 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 213 ədəd və yaxud 40,3%, aktiv qaz quyularının sayı 47 ədəd və yaxud 34,8%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 259 ədəd və yaxud 38,9% artıb.

Qeyd edək ki, 2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,35 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,9% aşağıdır.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 55-73 dollar arasında dəyişəcək.




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 8-01-2018, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma