Xəbər lenti

 

“Shell”, ENGİE, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR ENGİE-yə məxsus olan “Şahdəniz” qaz təchizatı müqaviləsinin “SHELL Energy EuropeLimited”ə transfer edilməsinə dair razılıq əldə ediblər.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, hər iki şirkət (ENGİE və SHELL ENERGY EUROPE) daha əvvəl 2013-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycanın “Şahdəniz” yatağından qaz təchizatını təmin edib. Son müqaviləyə əsasən, SHELL ENERGY EUROPE ENGİE-nin 25-illik müqaviləsini almaqla istehlakçılarının qaz təminatını əhəmiyyətli dərəcədə artırır.

ENGİE “Şahdəniz”in önəmli alıcısı olaraq qalır və özünün uzunmüddətli mövqeyinin dinamik optimallaşdırılmasını həyata keçirir.

Sentyabrın 5-də imzalanan transfer müqaviləsi TAP layihəsinin tamamlanmasından sonra İtaliyaya qədər Azərbaycan qazının nəqlini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Qaz Təchizatı Şirkəti “Şahdəniz” HPB tərəfdaşları və SOCAR tərəfindən “Şahdəniz” qazını Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa bazarlarına satışını həyata keçirmək üçün marketinq şirkəti kimi yaradılıb.

"ENGİE şirkəti aşağı karbonluenerji və xidmətlər göstərən aparıcı şirkətlər qrupudur. Əsas məqsədimiz sıfır krabonlu enerjiyə keçidi üzrə dünya lideri olmaqdır. Biz əsas sahələrdə - bərpa olunan enerji, qaz və xidmətlər – peşəkarlardan istifadə edirik. 160 000 işçimiz, müştərilərimiz və səhmdarlarımız ilə birlikdə inkişafın daha harmonial formasını ərsəyə gətirmək üçün çalışırıq", - deyə şirkətin açıqlamasında qeyd olunub. 

“Shell Energy Europe” qabaqcıl qaz, elektrik və ətraf mühitə aid məhsulların Avropa marketləri üzrə təchizatı və ticarətçisidir. SHELL Trading-in bir hissəsi olaraq biz enerjinin bütün mərhələlərində - istehsal, nəql və saxlanmadan tutmuş ticarəti, satışı və müştəri xidmətlərinə qədər aktivik", - deyə şirkətin açıqlamasında bildirilir. 

SOCAR isə Azərbaycanda və xaricdə əməliyyatlar həyata keçirən dövlət şirkətlərindən biridir. Şirkət neft və qaz yataqlarının kəşfiyyatı, istehsalı, emalı, həmçinin neft, qaz və kondensat nəqlini həyata keçirir. SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının ticarətini həyata keçirir. Şirkətin məqsədi əməliyyat effektivliyi, sosial və ətraf mühiti üzrə məsuliyyət sahəsində qabaqcıl təcrübəli inteqrasiya olunmuş beynəlxalq enerji şirkəti olmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 10-09-2019, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma