Xəbər lenti

Gəncə rusiyalı turistlər arasında populyarlığına görə MDB-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil olub.

"Report"un verdiyi məlumata görə, bu "TurStat" analitik agentliyinin yeni hesabatından məlum olub.

Gəncədən başqa ilk beşliyə Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri daxil olub.

Analitik agentliyin hesabatında qeyd olunur ki, Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya turistləridir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 019          Tarix: 8-06-2017, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma