Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Dünya enerji bazarında neftin qiymətləri rəqsvari hərəkət edir.
Ovqat.com-un məlumatına görə, bu gün London əmtəə bazarında bir barrel Brent markalı neftin qiyməti 61.66-63.45 dollar arasında dəyişilib.
Nyu-York əmtəə bazarına da vəziyyət təxminən eynidir. WTI markalı neftin fyuçers qiyməti bu gün 58.33 - 60.15 dollar/barrel aralığında oynayıb.
Mütəxəssislər qismi yüksəlişin müvəqqəti olduğunu, Süveyş kanalının boğazına “ilişən” bir gəminin trafiki blokladığından qaynaqlandığını bildirirlər. Məlumata görə, gəminin Süveyş kanalından tamamilə uzaqlaşdırılması həftələr çəkə bilər. Bu müddət ərzində neft qiymətlərinin yüksək olacağı, daha sonra isə yenidən ucuzlaşacağı gözlənilir.
Qeyd edək ki, dünya enerji bazarına nəql olunan dünya neftinin hardasa 10%, LNG qazının isə təxminən 8% -i Süveyş kanalından keçir. Məhz buna görə də qiymətlərdəki qismi “oynama”ların yaxın perspektivdə neft qiymətlərinin yenidən ucuzlaşacağı ehtimalına yol açır.
Süveyş kanalını kəsən gəminin qəzanın üçüncü günündə belə, geri çəkiləcəyinə dair heç bir ümidin ortaya çıxmaması səbəbindən hasilatçıların alternativ nəqliyyat yolu axtardıqları və Afrikanı başdan-başa dolaşmağı düşündükləri bildirilir. Bu isə tranzit yolunun xeyli uzanması mənasına gəlir və qiymətlərə təsir göstərə bilər.
Süveyşin "boğazında qalan” "Ever Given" gəmisi iki ildir istifadəyə verilib. Uzunluğu 400 metr, eni 59 metr, yüktutumu 200 min tondur. Göyərtəsində 20 mindən çox ağır konteynerlər var.
Neft qiymətlərinin ardıcıl olaraq üçüncü həftəni itkilərlə başa vurması fonunda yaşanan qəzanın təsirlərinin aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdıranlar var.
Bununla belə, dünyanın bir sıra ölkələrində koronovirusun 3-cü dalğasının başlanmasının yenidən qlobal iqtisadiyyatın bəzi sahələrində, o cümlədən turizmdə işlərin dayanmasına yol açacağı ehtimalı da istina edilmir. Bu da istər-istəməz dünya bazarında neftə olan tələbatı azalda bilər. Nəticədə aprelin sonlarına doğru qiymətlərdə yenidən çöküşlərin yaşanacağı ehtimal edilir.
Ağa İsmayılzadə,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar