Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Şiddətli fırtına səbəbindən yan dönərək neçə gündür Süveyş kanalını bağlayan “Ever Given” konteyner gəmisini martın 28-nə keçən gecə də oturduğu qum zəmindən xilas etmək mümkün olmayıb.
Ovqat.com-un məlumatına görə, qurtarma çalışmalarına 10 dartı gəmisi qatılıb.
Onlar səhərə qədər əlləşsələrdə “Ever Given”-i yalnız yerindən tərpədə biliblər, amma gəmini üzə biləcəyi dərinliyə sürükləmək cəhdləri nəticəsiz qalıb.
Süveyş kanalının "boğazında ilişib qalan” "Ever Given" gəmisinin uzunluğu 400 metr, eni 59 metr, yüktutumu 200 min tondur. Göyərtəsində 20 mindən çox ağır konteynerlər var. Qısası, yük daşımasında ən nəhəng gəmilərdən sayılır və onu gömüldüyü qumdan çıxarmaq düşünüldüyü qədər də asan deyil. “Ever Given”-in neçə gündür Süveyş kanalını bağlaması nəticəsində hazırda Aralıq və Qırmızı dəniz arasında yaranan tıxacda 321 gəmi kanalın açılmasını gözləyir.
Mütəxəssislərin fikrincə, “Ever Given”-in xilas edilməsi həftələrlə davam edə bilər. Vəziyyəti tündləşdirən ən önəmli məsələ gəminin quma oturmasından sonra Süveyş kanalında suyun çəkilməsidir. Hər il Qırımızı dənizdə vaxtaşırı yaşanan qabarma və çəkilmə hadisəsinin tam da “Ever Given”-in Süveyş kanalından keçdiyi ana təsadüf etməsi dünya iqtisadiyyatı üçün böyük şanssızlıq sayılır. Faktiki olaraq keçən müddət ərzində daha çox dayazlaşan kanalda gəmini dərin sulara çəkmək üçün ətrafı daha çox qazılmalıdır. Bu da uzun zaman tələb edən işdir və risklərlə doludur.
Digər xilasetmə variantı kimi gəminin yüklərinin boşaldılması və yüngülləşdirdikdən sonra dərin sulara çəkilməsi üzərində düşünülsə də, son anda bu fikirdən vaz keçilib. Bu variantın gəminin tarazlığını pozacağından və onun aşa biləcəyindən ehtiyat edilir.
Gəmi Süveyş kanalının boğazında qaldıqca, dünya iqtisadiyyatına vurduğu zərər də böyüyür. Təxminlərə görə, Süveyş kanalının işləməz hala düşməsi ümumilikdə gündə 6 -10 milyard dollara başa gəlir. Bu da hardasa Azərbaycanın bir illik büdcəsinə yaxın rəqəm deməkdir.
Süveyş kanalının bağlanmasının ən çox təsir etdiyi sahə qlobal enerji bazarıdır. Artıq neftin qiymətləri ötən həftə 65 dollar/barrelə qədər yüksəlib. Qiymət artımının gələn həftələrdə də davam edəcəyi gözlənilir.
Avropanın neft və LNG qaz tədarükünün 60%-nin Süveyş kanalından keçdiyini nəzərə alsaq, qəzanın ən çox bu qitəyə zərər vurduğu anlaşılır. Artıq Avropaya enerji məhsulları daşıyan tankerlərin Afrikanı başdan-başa fırlanaraq mənzilə getməyə qərar verdikləri bildirilir. Bu da neftin tranzit xərclərini artırır. Dünya neft və qaz istehlakının 10%-nin Süveyş kanalından keçdiyini hesaba qatsaq, “Ever Given”-in xilas edilməsinin əhəmiyyətini anlaya bilərik.
Gəminin Süveyş kanalına “ilişməsindən” qazananlar da az deyil. Xüsusilə İran körfəzindən kənarda yerləşən neft və qaz hasilatçıları bu qəzanı fürsətə çevirə bilərlər. ABŞ və bəzi Qərb dövlətlərinin sanksiyalar tətbiq etdiyi Rusiya bu qəzadan ən çox qazanan tərəfdir. Süveyş kanalının bu cür zəif nöqtəsinin ortaya çıxması Avropada rus enerji daşıyıcılarına tələbi artırır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar