Xəbər lenti

2021-ci ilin ilk üç rübü ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri 148 milyon barrel və ya 19,6 milyon ton neft nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,64 faiz azdır.

Axar.az xəbər verir ki, bu barədə BP-nin hesabatında məlumat yayılbı.

Hesabat dövründə Ceyhan terminalında 204 tanker yola salınıb.

2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək BTC vasitəsilə ümumilikdə təqribən 3,71 milyard barrel (495 milyon tondan çox) xam neft nəql edilib və Ceyhanda 4 863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2021-ci ilin ilk üç rübü Bakı-Tiflis-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə 96 milyon dollardan artıq, əsaslı xərclərə isə 22 milyon dollardan artıq vəsait xərclənib.



Ana səhifəyə qayıt        Baxış: 2 871          Tarix: 5-11-2021, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma