Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum” (BP) Rusiyadan neft və qaz alışına dair yeni əqdlər bağlamamaq niyyətini bəyan edib. Bu barədə şirkətin nümayəndəsinin şərhində deyilir.
Qeyd edilir ki, yeganə istisna hal kimi istehlakçılara enerji daşıyıcılarının tədarükünün təhlükəsizliyinə təhdid yaranması ola bilər.
Almaniya nəhəngi “Shell” enerji şirkəti Rusiyadan neft-qaz alışını, bu ölkədə əməliyyatları dayandıracağını bəyan edib. Xatırladaq ki, indiyədək onlarla şirkət Ukraynaya qarşı təhrik olunmayan müharibəyə görə Moskvayla əlaqələri kəsib.
Martın 8-də yaydığı bəyanatda “Shell” ötən həftə Rusiyadan xam neft almasını yanlış addım adlandırıb. Moskva Ukrayna şəhərlərini, yaşayış məskənlərini bombaladığı bir vaxtda bu addım sərt tənqid olunmuşdu. Şirkət indi Rusiyadan bütün neft və qaz məhsullarından mərhələli şəkildə imtina etdiyini bildirir.Daha öncə “Shell” “Şimal axını-2” layihəsində iştirakını dayandıracağını, Rusiyanın “Qazprom” şirkəti və əlaqədar qurumlarla tərəfdaşlıqdan çıxacağını açıqlamışdı.
“Shell” “Saxalin- II” mayeləşdirilmiş təbii qaz şirkətində 27.5 faiz, “Salym Petroleum Development” və “Gidan” enerji müəssisəsində 50 faiz paya malikdir.
Şirkətin Baş İcraçı Direktoru Ben van Beurden bəyanatda ötən həftəki alış üçün üzr istəyir, bunu düzgün olmayan addım adlandırır.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar