Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Xəbər verdiyimiz kimi, ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Avropanı Rusiyadan bu qitəyə qaz nəqlini dayandıra biləcəcəyi ilə təhdid etmişdi. Lukaşenko bildirmişdi ki, Aİ Belarusa qarşı 5-ci sanksiya paketini qəbul edərsə, Minsk də onunla bütün kommunikasiya əlaqələrini kəsə bilər. Xatırlayırsınızsa, bu məlumatı şərh edərkən vurğulamışdıq ki, Lukaşenkonun bu təhdidi əslində Rusiyanın iqtisadi maraqlarına da uyğundur.
“Zənnimizcə, Belarusun Yamal-Avropa qaz kəmərini dayandırması Rusiyanın nəinki iqtisadi maraqlarına zərbə vurmur, əksinə onun cari hədəflərinə tam cavab verir. Çünki Rusiya Yamal-Avropa kəməri ilə nəql etdiyi qazı Avropanın məcburən razılaşacağı “Şimal axını-2” kəməri ilə “qoca qitə”nin enerji bazarına çıxarcağına inanır. Moskvanın fikrincə, qarşıdan soyuq qış ayları gəldiyindən Avropa ölkələri istəsə də, istəməsə də, bu təkliflə razılaşmağa məhkumdur. Avropaya başqa xətlə çıxarılacaq qaz isə köhnə müqavilələrdə nəzərdə tutulan fyuçers qiymətlərilə deyil, real bazar qiymətinə satılacaq. Enerji qıtlığı yaşayan Avropada qış aylarında qazın spot (gündəlik) qiymətinin isə fyuçers qiymətlərindən dəfələrlə baha olacağı gözlənilir. Təsadüfi deyil ki, Avropanın gündəlik enerji satış bazarlarında sentyabrın sonlarından etibarən qazın qiymətləri astronomik səviyyələrdə artmağa başlamış, hətta 1000 kub metr qazın qiyməti 1000 dolları keçmişdi. Halbuki, Rusiyanın Avropa ölkələri ilə bağladığı çoxillik qaz müqavilələrində bu rəqəm 200-300 dollar civarındadır. Qış aylarında qiymətlərin hətta 2000 dollara yüksələcəyi gözlənilir.
Qısası, Belarus Yamal-Avropa qaz kəmərini bağlayarsa, Rusiya həm “Şimal axını-2” kəmərini zorla Aİ-yə qəbul etdirəcək, həm də ona qaz 5-10 dəfə baha sata biləcək”. (Mənbə: Lukaşenko Avropanı təhdid etdi: “Bütün kommunikasiya xətlərini bağlaya bilərik”)
Ovqat.com-un bu mülahizəsi Rusiya prezidenti Vladimir Putin tərəfindən də təsdiqlənib.
Bu gün rus mediasına açıqlamasında Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenkonun nəzəri olaraq Rusiya qazının Avropaya nəqlini dayandırmaq əmri verə biləcəyini istisna etməyib. Onu da xatırladıb ki, bu, tranzit müqaviləsinin pozulması mənasına gələcək.
Putin, Lukaşenkonun bu addımı atacağı təqdirdə, “Avropanın enerji sektorunun böyük ziyan görəcəyini” və bunun “Rusiya ilə Belarus arasındakı münasibətlərin inkişafına da töhfə verməyəcəyini” bildirib.
O “etiraf” edib ki, Lukaşenkonun qaz təhlükəsi barədə fikirlərini “ilk dəfədir” eşidir: “Bu yaxınlarda Aleksandr Qriqoryeviçlə iki dəfə danışmışam, o, bu barədə mənə heç vaxt deməyib, hətta eyham da vurmayıb”.
“Bunun yaxşı xəbər olmadığını” deyən Rusiya prezidenti belarus həmkarı ilə bu mövzuda danışacağına söz verib.
P.S. Lap, 80-ci illərin hind filmlərində olduğu kimi, adamın rəsmən dəsmal götürüb hönkür-hönkür ağlamağı gəlir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar