Xəbər lenti

 

 

Müsəlman ölkələrində Qərbin həyata keçirməyə çalışdığı yenidənqurma siyasəti vətəndaş müharibələrini körükləyir. Digər tərəfdən isə ABŞ və Rusiya İŞİD və digər terrorçu təşkilatlarla mübarizə çərçivəsində həmin əraziləri ağır bombardıman altında tutur. Canını bu cəhənnəm alovundan qurtarmaq istəyən bölgə insanı isə çarəni Avropa ölkələrinə sığınmaqda görür. Amma bu çətin və məşəqqətli yolçuluqda onları növbəti bir təhlükə gözləyir: Aralıq dənizinin sularında qərq olmaq.

Ölüm bahasına başa gələn bu köçlər isə Avropada birmənalı qarşılanmır. Bir çox avropalı öz qədim qitələrinin müsəlmanlar tərəfindən silahsız işğal edildiyini düşünür və gəlmələrə barmaqarası baxır. Onların üzünə tikanlı məftillərlə toxunulmuş sərhəd divarları çıxaranlar da az deyil.

Alman Alman fotoqraf Herlinde Koelbl isə məşəqqətli köçkün həyatının ən yaxşı foto-şəkilini çəkmək eşqinə düşüb. Onun 2016-cı ildən bəri foto-aparatının yaddına “hopdururduğu” ən çox diqqəti özünə cəlb edən iki əsəri var. Bu əsərlərdən biri dalğaların Aralıq dənizinin sahillərinə gətirdiyi insan paltarları, digəri isə köçkünlərin dənizdə boğulmamaq üçün geyindiyi hava “jaketləri”dir.

Bu paltarları geyinib həyat yolçuluğuna çıxanların kim olduğu, mənzilə çatıb-çatmadığı isə bəlli deyil.

 




Ana səhifəyə qayıt        Baxış: 972          Tarix: 2-05-2017, 08:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma