Xəbər lenti

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin Luqanski və Donetski bölgəsində sülh əldə etmək üçün ortaya qoyulan yol xəritəsini qəbul etməsi ölkəni qarışdırıb.

Teleqraf.com xəbər verir ki, ukraynalı millətçilər Zelenskini “Rusiyaya təslim” olur iddiası ilə vətənə xəyanatda ittiham edirlər.

Qeyd edək ki, iki gün əvvəl Vladimir Zelenski iqtidarı Almaniya və Fransanın “Ştaynmayer formulu” deyilən yol xəritəsini qəbul edib. Bu plan Ukraynanın şərqində sərbəst və ədalətli seçkilərin keçirilməsi, bura xüsusi status verilməsini nəzərdə tutur.

Prezident özü bəyan edib ki, seçkilər yalnız bölgədən güclərin geri çəkilməsi şəraitində keçirilə bilər, silah nəzarəti altında hər hansı bir seçki keçirilə bilməz.

Prezident Zelenskinin bu formula razılıq verməsi paytaxt Kiyevdə daşları yerindən oynadıb. Aşırı millətçi qruplar Kiyevdə Prezident Aparatının qarşısına toplaşaraq prezidentin vəzifəsindən kənarlaşdırılması üçün aksiyalara başlayıb.

Milli Cəbhənin lideri Andrey Beletski bəyan edib ki, prezident “Ştaynmayer formulu”nu qəbul etməklə Ukrayna xalqını rəzil edib. O, əlavə edib ki, bu planın qəbulu Ukraynanı müdafiə edən və Rusiyaya qarşı müqavimət göstərərək həyatını verən 16 min əsgərə edilən ən böyük xəyanətdir.

Milli cəbhənin başqa lideri Yuri Sirotyuk da prezidenti vətənə xəyanətdə ittiham edib, bildirib ki,Zelenski Ukraynaya xəyanət edib: “Vəzifəsindən azad edilməsinə qədər meydanlarda qalacağıq”.




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 3-10-2019, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma