
Ruslar Zaporojye atom elektrik stansiyasını partlada bilərlər
Ovqat.com xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu xəbərdarlıqla çıxış edib.
Onun sözlərinə görə, Zaporojye atom elektrik stansiyası partlasa “Çernobıl faciəsi onun yanında gül-çiçək olacaq”.
“Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır, orada altı enerji bloku var. Bəs bu gün silahlı terrorçular oranı ələ keçirib və stansiyaya hərbi texnika yerləşdiribsə, biz nə etməliyik?. Əgər biz indi “onlarla münasibətləri həll etməyə” başlasaq, düşmənin onu partlatmaq ehtimalı var”, – Danilov “Radio NV”-yə açıqlamasında bildirib.
Ukraynanın daxili işlər naziri Denis Monastırski də Zaporojyedə baş verənlərdən narahatdır. O, qeyd edib ki, Zaporojye atom elektrik stansiyasına nəzarət olmadığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən ssenariyə hazırlaşır. Zavod işçilərinin əraziyə buraxılmaması və atom elektrik stansiyalarına yerləşdirilən hərbi texnikalar ən yüksək təhlükə kimi qiymətləndirilir.
Zaporojye Atom Elektrik Stansiyasına hücum nəticəsində enerji bloklarından birində fövqəladə mühafizə sistemi söndürülüb və işləyən 3 enerji blokundan biri hazırda xidmət göstərmir. Hidrogen sızması və radioaktiv maddələrin dağılması riskləri hələ də mövcuddur və yanğın təhlükəsi də yüksəkdir.
Paylaş: