Xəbər lenti

 Avqustun ikinci yarısında Naxçıvan həngamə bir musiqi tədbirinə hazırlaşır.

Ovqat.com xəbər verir ki, dünyanın tanınmış pop ulduzlarından olan iranlı Həngamənin 16-17 avqust tarixlərində Muxtar Respublikanın müxtəlif konsert salonlarında konsert verəcəyi gözlənilir.

Müğənninin  ilk konserti Duzdağ Hotelində planlaşdırılıb. Həngaməni Bakıdan gətirilən və yerli sənətçilərin müşaiyyət edəcəyi gözlənilir.

Həngamənin səsini eşitmək də Muxtar Respublika sakinləri üçün əsl həngamə qiymətə olacaq - 100-150 dollar arasında.

 

 

 

Qeyd edək ki, Həngamə əslən İrandandır. O, 1961-ci ildə İranın Lahican vilayətində doğulub. Hazırda “Taraneh Enterprises Inc.” musiqi şirkətiylə əməkdaşlıq edir.

Həngamənin repertuarından bir parça:




Ana səhifəyə qayıt        Baxış: 1 846          Tarix: 25-07-2017, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma