Xəbər lenti

 

Türkiyə, Rusiya və İran prezidentlərinin bütün dünya tərəfindən böyük maraqla izlənilən Soçi görüşü sona çatdı. Gorüşü bu qədər əhəmiyyətli edən əsas səbəb İŞİD-dən təmizlənməsindən sonra Suriyada quruculuq və stabilliyi bərpa etmək çalışmalarının necə yürüdüləcəyi ilə bağlıdır.

Soçi görüşündən əvvəl Rusiya ilə Türkiyənin İŞİD sonrası Suriya məsələsinə fərqli yanaşmaları bugünkü müzakirələrin xeyli gərgin keçəcəyindən xəbər verirdi. Nədən ki, Moskva bu yaxınlarda Rusiyada keçirilməsi gözlənilən Suriya Milli Konqresinə PKK-PYD qüvvələrinin də qatılmasını istəyir, Aknara isə öz ərazi bütövlüyünü edən kürd separatçılarını Suriyanın yenidən qurulması prosesindən uzaq tutulmasını tələb edirdi. Son zamanlar xeyli yaxınlaşan iki dövlətin arasında yaranmış bu fikir ayrılığı Ankara-Moskva xəttində ikinci qırılma nöqtəsinin yarana biləcəyi ehtimalını belə ağla gətirirdi.

Bu linkə də baxın:

http://ovqat.com/manset/13461-putin-sd-goruunun-mesaj-turkiy-rusiya-xttind-ikinci-qrlmanoqtsi.html

 

Liderlərin Soçi toplantısından sonra keçirilən mətbuat könfrasındakı çıxışlarına da bu gərginlik yansımışdı. Prezidentlər toplantıda ən vacib məsələlərdə fikir birliyinə gəldiklərini ifadə etsələr də, sətir aralarına diqqətlə nəzər salanda vəziyyətin heç də deyildiyi kimi olmadığı aydınlaşır.

Gəlin, fikir ayrılıqlarının əks olunduğu sətir aralarına birlikdə nəzər salaq.

Toplantı sonrası mətbuat konransında çıxış edən Türkiyə prezidentinin nitqində fikir ayrılıqları daha aydın sezilirdi. Rəcəb Tayib Ərdoğan açıq şəkildə sülh danışıqları prosesindən Suriyanın ərazi bütövlüyünü və Türkiyənin milli təhlükəsizliyini təhdid edən terrorçuluq elementlərinin çıxarılmasını Ankaranın prioriteti olduğunu bildirərək deyirdi: “Heç kim bizdən terror təşkilatı ilə eyni qurumda yer almağımızı gözləməsin. Suriyanın ərazi bütövlüyünə olan hörmətimizi ifadə ediriksə, əli qanlı bir çeteni legitim aktyor olaraq qəbul etməməliyik”.

Rusiya prezidenti Putin isə başqa “havaya oynayırdı”:

"Döyüşlərin tam dayandırılması, münaqişə zonalarının sabitləşməsi kimi məsələlərdə prioritet addımlarımızı ortaya qoyduq. Birincisi, Suriyadakı bütün qrupların bu məsələni müzakirə etmək üçün bir platform yaratmağa qərar verdik. İran və Türkiyə də Suriya Dialoq Şurasının toplantısını dəstəkləyirlər.

... Suriyalılar Suriyanın taleyinə özlərini qərar verməlidirlər. Həm müxalifətin, həm də mövcud rejimin prioritetlərini nəzərə almaq vacibdir. Əsədlə söhbətimiz zamanı da siyasi böhranın sülh yolu ilə həlli və azad seçkilərin keçirilməsi məsələlərini görüşdük”.

Göründüyü kimi, Putin Suriyada qalıcı sülhün təminatı üçün iqtidarla müxalifətin prioritetlərinin müzakirəsini və seçkilər yoluyla hakimiyyətdə təmsilçiliyini vacib sayır. İlk baxışdan qeyri-adi heç nə olmayan bu görüşün alt qatında isə fərqli həqiqətlər yatır. Məsələ burasındadır ki, Rusiyanın düşüncəsinə görə, Suriyadakı əsas müxalifət kürd separatçılarıdır. İslamçı qruplar isə müxalifət yox, terrorçu qruplardır.

İran prezidenti Həsən Ruhaninin fikirləri də Putinin düşüncələrinə yaxınlığı ilə seçilirdi:

“Bugünkü görüş çox açıq görüş idi. Üç ölkə fikirlərini çox dəqiq ifadə etdi. Əsas məqsəd Milli Konqresin qurulması və Suriyaya qarşı olanlarla Suriya tərəfdarlarının, o cümlədən bütün aktiv partiyaların həmin konqresdə birləşmələridir”.

Liderlərin fərqli görüşləri Suriyadakı gərginliklərin tam ortadan qaldırılmasına şübhə yaradır.


Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 957          Tarix: 22-11-2017, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma