Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp bütün dünyaya muştuluq verməyə hazırlaşır.

Ovqat.com xəbər verir ki, bu barədə ilk məlumat ABŞ administrasyasından gəlib.

Məlumata görə, Ağ Ev prezidentin əhəmiyyətli açıqlama verəcəyini bildirib. Bu muştuluq öncəsi xəbərdən sonra Tramp çox sevdiyi Twitter peyda olub və sevincərək “Yenə çox böyük bir şey oldu" şəklində umsuqedici açıqlamasını paylaşıb.

https://twitter.com/realDonaldTrump/status/1188264965930700801?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1188264965930700801&ref_url=https%3A%2F%2Ftr.sputniknews.com%2Fabd%2F201910271040481899-beyaz-sarayin-onemli-bir-aciklama-yapacagini-duyurdugu-trump-cok-buyuk-bir-sey-oldu%2F

Hər kəs Trampın qısa zaman ərzində bu umsuqluğa son qoyacağını düşündüyü halda, Ağ evdən yayılan ikinci açıqlama bu intizarın hələ 10 saat sürəcəyini göstərir. Zira Ağ evin sözçüsü Hogan Gidleyin bildirdiyinə görə, Tramp muştuluğunu vermək istədiyi həmin “çox böyük şey”in nə olduğuna Bakı vaxtı ilə saat 17.00-dən sonra aydınlıq gətirəcək.

Ağ ev nədər bütün dünyanı umsuq vəziyyətində saxlamaq istəməsinə baxmayaraq, Trampın verəcəyi muştuluğun artıq ABŞ KİV-lərinə çoxdan sızdırıldığı anlaşılır. Medianın iddialara görə, Trampın İŞİD lideri Əbubəkr əl Bağdadinin öldürülməsi barədə gözaydınlığı verməsi gözlənilir.

ABŞ-ın məşhur nəşrlərindən olan “Newsweek”in xəbərinə görə, İŞİD lideri Əbubəkr əl Bağdadi ABŞ Xüsusi Xidmət Qüvvələri tərəfində təşkil olunan bir hücumda öldürülüb. Həmin hücumun Suriyanın İdlib bölgəsində baş verdiyi iddia olunur.

Yüksək səviyyəli Pentaqon nümayəndəsinə və bir başqa ordu nümayəndəsinə istinad edilən xəbərdə o da bildirilir ki, öldürülən şəxsin Bağdadi olub-olmadığı dəqiqləşdirilir. Belə anlaşılır ki, sevincindən özünü saxlaya bilməyib həyəcanını Twitter dostları ilə paylaşan Tramp da xəbərin təsdiqlənməsini gözləyir.

Qeyd edək ki, İŞİD “xəlifəsi”  Əbubəkr əl-Bağdadi Trampdan əvvəl də dəfələrlə “öldürülmüş” və dünya Ağ ev tərəfindən muştuluqlanmışdı. Trampın muştuluğunun yeganə fərqli umsuqediciliyidir.

 




Ana səhifəyə qayıt        Baxış: 2 500          Tarix: 27-10-2019, 08:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma