Elçin Qurbanov
Həyəcan təbili
Bəzən mənə deyirlər ki, iqtisadçı-auditor kimi öz sahənizin problemlərindən kənara çıxaraq başqa problemləri işıqlandırırsınız. Bu, qarışıq təsəvvür yaratmırmı?
Mən yenidən yaranacaq bu suala əvvəlcədən cavabla mövqeyimi bildirmək istəyirəm. Hesab edirəm ki, ixtisaslı peşə sahibi bəsit düşüncə sahibi olmamalı, ictimai problemlərə qarşı ziyalı mövqeyi ortaya qoymalıdır. Cəmiyyətin problemləri onun hər bir üzvünün problemidir. Problemləri görüb onların həlli üçün fədakarlıq göstərmək nəinki ziaylıların, eləcə də hər şəxsin borcudur.
Əlbəttə ki, dünya çalxalandığı bir dönəmdə təbiət və mənəviyyat probelmləri bir qədər xırda görünə bilər. Amma məsələnin nə qədər əhəmiyyətli olduğu yalnız intellekt süzgəcindən sonra qavranıla bilər.
Boğazlarına bahalı qalstuklar taxıb, əyilməz qamətlərini əhali içərisində yüksək tutub rüşvət girdabında kirlənmiş bir çox məmurların başları üçün olmayan problemlər heç gözlərinin görəcəyi qədər də bəsit deyil. Mən rəzalət içində xəyanət qoxuyan bu məzlumlara qarşı həddindən artıq yumşaq mövqe nümayiş etdirən ölkə rəhbərliyinə səslənmək istəyirəm: Xəyanətkar məmurları işdən azad etməklə yox, azadlıqdan məhrum etməklə cəzalandırmaq lazımdır ki, belə cinayətlərin məsuliyyətinin nə olduğu anlaşılsın. Onların əmlakları da müsadirə olunmalı, dövlət büdcəsinə transfer edilməlidir. Məncə, bu, onlara ən layiqli cavab olar. Çünki qul təfəkkürlü bu məzlumların sərvətə sevgisi öz azadlıqlarından belə daha vacibdir.
Mən diqqəti ətraf mühitdə baş verən qorxunc təbiət hadisəsinə yönəltmək istəyirəm. Cəmisi 2 il öncə səhər tezdən sərçələrin, qaratoyuqların və bülbüllərin səsi həzin təbiət nəğməsi kimi evlərə, mənzillərə daxil olardı. Hətta yuxudan oyadardı. Bu il yerli (köçəri olmayan) quşların, demək olar ki, yoxa çıxması ilkin mərhələdə şəhərə kəpənək və böcəklərin kütləvi basqını kimi yadda qaldı . Heç kəs nəticə hasil etmək istəmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə fikirləşdi bilinmədi, əvəzində mətbuat xidməti reketlik fəaliyyətinə start verdi.
Əziz dövlət yetkililəri, təbiətdə quşların kütləvi yoxa çıxması əgər qismət olsa gələcək illərdə flora və faunanın məhv olmasına parazitlərin (ziyanvericilərin) əkin sahələrini tamamilə məhv etməsinə gətirib çıxaracaq. Taxıl sahələri, kartof, üzümçülük və ümumilikdə kənd təsərrüfatının əkinçilik və yemçilik təsərrüfatı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Ziyanverici həşəratların, çəyirtkələrin əkin sahələrində kütləvi artımı, yaxın gələcəkdə qıtlıq və aclığın yaranmasına səbəb ola bilər. Məsələ ondadır ki, bu təbiət sanitarlarının kütləvi yox olmasına səbəb bütün Bakı ətrafı ərazilərdə və respulikanın müxtəlif rayonlarında istifadə olunan istixanalardır. Havalandırma sistemlərində çatışmazlıqları aradan qaldırmaq əvəzinə təbiətə divan tutulur.
Ələlxüsus da Bakıətrafı kəndlərdə guya ki, istixanalarda yetişdirilən bitkilərin məhsuldarlığına ciddi zərər verirlər deyə, onları zəhərləyir və ya əzaridən uzaqlaşdırlması üçün elektron cihazlardan istifadə edirlər. Çiyinləri üzərində bədxassəli şiş gəzdirən yazıqlar hələ başa düşə bilmirlər ki, onlar bütün insanlığa, hətta öz doğmalarına qarşı düşmən münasibət bəsləyirlər. Mənim iç yanğısı ilə qeyd etdiyim bu məsələni diqqətdə saxlamaq, bu yaramazlıqla mübarizə aparmaq üçün bütün Azərbaycan xalqına və ölkə rəhbərinə müraciət edirəm! Sonra çox gec olacaq!
Paylaş: