Xəbər lenti

 

Parlamentin bugünkü iclasında "Milli Məclisin deputatının statusu" haqda qanuna dəyişiklik müzakirə edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat Tahir Kərimli çıxış edərək karantin rejimində qaydaların deputatlara tətbiq edilməməsi fövqəladə hal elan olunarsa da, qüvvədə olub-olmayacağına aydınlıq gətirilməsini istəyib:

“Həmçinin, bəzi iclaslar qapalı keçirilə bilər. Eyni zamanda, bəzi deputatların iclaslara internet vasitəsilə qatılması təklif olunur. Bəs qapalı iclaslara deputatlar internet vasitəsilə qatılsa, bunun təhlükəsizliyinə təmin etmək mümkün olacaqmı?”.

T.Kərimli hökümət üzvlərinə də bəzi iradlar tutub: “Operativ qərargahın tələblərinə biz riayət edirik. Amma onların iclasında hökümət üzvləri çox yaxın oturur. Özləri yaxın oturub bizə deyirlər, məsafə saxlayın. Bu da hesab edirəm ki, düzgün anlaşılmır”.

 

Ovqat.com-un xüsusi təşəkkürü

Qeyd edək ki, deputat Tahir Kərimlinin gündəmə gətirdiyi bu təklif bir neçə gün əvvəl Ovqat.com tərəfindən irəli sürülmüş və başda SOCAR prezidenti Rövnəq Abdullayev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və DSX komandanı Elçin Quliyev olmaqla məmur korpusu tərəfindən müsbət qarşılanmışdı. Məsələnin bir də parlamentdə müzakirəyə çıxarılması təklifin aktuallığından xəbər verir.

Biz saytımıza göstərdiyi bu diqqətdən ötrü Tahir Kərimliyə dərin minnətdarlığımızı bildiririk.




Ana səhifəyə qayıt        Baxış: 3 690          Tarix: 30-03-2020, 13:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma