Xəbər lenti


ABŞ mənşəli Delta Crescent Energy LLC adlı neft şirkətinin PKK-nın Suriyanın uzantısı YPG / PYD terror təşkilatının bir növ maskalanmış forması olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə bağladığı saziş dünya mətbuatında dərc olundu. Sözügedən şirkətin keçmiş ABŞ hərbçiləri və kəşfiyyat zabitlərinin rəhbərliyi altında fəaliyyət göstərən örtülü (paravan – əsl sahibinin kimliyini gizlətmək üçün yaradılan – Strateq.azqurum olduğu iddia edilir. Bu razılaşma sazişi terror təşkilatı YPG / PYD-nin ABŞ tərəfindən qanuni bir aktyor olaraq tanınması mənasına gəldiyi kimi, Suriyanın şimalındakı bu terror təşkilatı üçün yaradılan muxtar bölgə və ya “dövlətcik” üçün iqtisadi qaynaqlar yaratmağı nəzərdə tutur. Sazişin terror təşkilatına ildə 7 milyard dollar qazandıracağı iddia edilir. Bu qeyri-rəsmi razılaşma bir tərəfdən Əsəd rejiminə, dolayısıyla İrana zərbə vurur, digər tərəfdən Türkiyənin milli təhlükəsizliyinə açıq bir təhdiddir.

Suriyanın neft quyularının qeyri-dövlət qurumlarına verilməsi uzun müddətdən bəri bölgədəki rejimlə birlikdə fəaliyyət göstərən İranın maraqlarına ziddir. Belə ki, Əsədi hakimiyyətdə saxlamaq üçün İranın böyük iqtisadi bədəllər ödədiyi rəsmi Tehran tərəfindən də etiraf olunur. Çəkdiyi xərcləri belə çıxara bilmədiyi halda Suriyanın neft quyularının terror təşkilatına verilməsi İranı narahat edir.

Bundan əlavə, İran Əsəd rejiminin maliyyə qaynaqlarının YPG / PYD tərəfindən ələ keçirilməsini doğru hesab etmir və bu təşkilatının iqtisadi cəhətdən müstəqil hərəkət etmək gücünə malik olmasını istəmir. İyun ayında Əsəd rejiminə qarşı tətbiq edilən “Sezar Sanksiyaları Qanunu” ilə İran ətrafındakı çəmbəri bir az da daraldan Vaşinqton öz nəzarəti altında olan kürd bölgəsinə Suriyanın digər bölgələri ilə müqayisədə xüsusi imtiyazlar verərək Türkiyə ilə yanaşı İran üçün də təhlükə meydana gətirir. Məhz bu səbəbdən İran Suriya neftinin ABŞ və YPG / PYD arasında paylaşılmasına reaksiya verməkdə gecikmədi. İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas MusəviSuriyanın nefti ilə bağlı imzalanmış hər hansı sazişin qanunsuz olduğunu” ifadə edərək ABŞ-ı Suriyada işğalçı güc kimi xarakterizə etdi.
Bu yeni razılaşma ilə Suriyanın şimal-şərqindən çıxarılan neftin dünya bazarlarına göndərilməsi məsələnin qlobal miqyasını ortaya qoyur. Bir neçə gün əvvəl böyük bir partlayışla məhv edilən Beyrut limanı Suriya neftinin ixracı üçün ən yaxşı alternativdirİkinci alternativ İordaniya üzərindən keçməklə İsrailin Hayfa limanı ola bilər. Çünki Türkiyə bu bölgədə hasil olunan neftin öz ərazisindən keçərək enerji bazarına nəqlinə müsbət baxmayacaq. Buna görə də növbəti mərhələdə Şimali Suriyadan İordaniyaya qədər etibarlı bir dəhliz açmaq planı həyata keçirilə bilərABŞ-ın bir müddətdir İordaniya sərhədi yaxınlığındakı Əl-Tanf bölgəsində təlim keçdiyi iddia edilən anti-rejim qruplarını bu məqsədlə aktiv hala gətirəcəyi gözlənilir. Bundan əlavə, mümkün dəhlizin keçə biləcəyi bölgələrin bəzilərinin Əsəd rejiminin nəzarəti altında olduğundan yaxın günlərdə bu bölgələrdə İŞİD və ya YPG / PYD terror təşkilatları tərəfindən hücumlar həyata keçirilə bilər.
Suriyanın şimalındakı terror təşkilatının muxtariyyətinin güclənməsi ən az Türkiyə qədər İranı da narahat edir.

Çünki İranın Suriyadakı döyüşçüləri gələcəkdə bu quruluşun ilk mümkün hədəfləri ola bilərlər. ABŞ tərəfindən Qasım Süleymaninin öldürülməsindən bəri kürdlərlə İran arasında soyuq küləklərin əsdiyi sirr deyil. Amerikanın bir müddət İrana qarşı kürd qruplarını birləşdirməyə çalışdığı barədə işarələr var idi. Son razılaşma sazişi ilə Bərzaniyə və YPG / PYD-yə yaxınlığı ilə bilinən Suriya Kürd Milli Şurasının da eyni xəttə gəldiyi görülür. Suriyadakı kürd ittifaqı qısa müddətdə İraqda da baş tuta bilər. Bu ehtimal reallaşsa, həm İraqda, həm də Suriyada İranın əli zəifləyəcək.
ABŞ-ın bölgədə İranı passivləşdirmək üçün həyata keçirdiyi “maksimum təzyiq siyasəti” gücləndiyi bir zamanda Suriyadakı İran mövqeləri İsrail tərəfindən hədəfə alınır. Hətta son zamanlar bu qarşıdurmaların Natanz partlaması kimi təxribatlarla İranın daxilinə sıçradığına dair iddialar irəli sürülür. Bu baxımdan, bölgədə hərbi və iqtisadi cəhətdən çöküş nöqtəsinə gələn İranı zəiflətmək üçün özü-özünü maliyyələşdirə biləcək bir terror təşkilatından daha uyğun aktyor ola bilməz. ABŞ, İsrail və onların körfəzdəki müttəfiqləri İranla birbaşa qarşı-qarşıya gəlməkdənsə, bu işi siyasi və iqtisadi gücə çevirdikləri bir terror təşkilatına rahatlıqla həvalə edə bilərlər. Bu səbəbdən, PKK-nın İran uzantısı olan PEJAK-ın yaxın günlərdə fəaliyyətini artırması təəccüblü olmaz. Son bir ildə İranda sərhədçilərə artan hücumlar PEJAK-ın bir növ “istinmə məşqi”nə başladığı təəssüratı yaradır. Bu üzdən milli təhlükəsizliyini ölkə ərazisindən kənarda təmin etməyə çalışan Tehran rəhbərliyi yaxın gələcəkdə sərhədlərini və ərazi bütövlüyünü terror təşkilatlarından qorumaq üçün mübarizə aparmaq məcburiyyətində qala bilər.

Belə bir şəraitdə Türkiyənin Suriyada terror təşkilatının nəzarətində olan bölgələrdə yeni əməliyyat keçirməsi və ya sabitliyi təmin etməsi, “Barış bulağı” əməliyyat zonasındakı terror elementlərini passivləşdirməsi həm Əsəd rejiminin, həm də İranın işinə yaracaqçünki açıq şəkildə təhlükə altına olan Suriyanın ərazi bütövlüyü qorunacaq və İranı təhdid edən bir terror təşkilatı zəifləyəcək. Suriyada yeni status-kvonu pozmaq gücündə olmayan İran üçün ən ağlabatan variant Suriyanın şimalındakı terror təşkilatını təmizləmək üçün Türkiyəylə əməkdaşlığa getməkdir.
Türkiyə sərhədlərindən kənarda terror təşkilatlarına qarşı son illərdə apardığı əməliyyatlarda ənənəvi döyüş qabiliyyətindən təsirli bir şəkildə istifadə edə bildiyini ortaya qoydu. Rusiya və Amerikaya rəğmən, qətiyyətli addımlar ataraq, YPG / PYD terror təşkilatının Şimali Suriyada yayılmasını məhdudlaşdırdı. Asimmetrik müharibədə güclü olmasına baxmayaraq, İranın Şimali İraqla sərhəddində ABŞ-ın dəstəklədiyi terror təşkilatına qarşı necə müdafiə mexanizmi hazırlayacağı isə sual doğurur. Süleymaninin ölümündən sonra İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlara cavabdeh bölməsi olan Qüds Qüvvələrinin zəiflədiyini nəzərə alsaq, məlum neft razılaşmasından sonra İranın Suriyada Əsəd rejimi ilə bərabər küncə sıxışdığını söyləmək olar.

Son zamanlar İranın təxminən qırx ildir sərmayə qoyduğu regional müqavimət xəttinin də zəiflədiyi aydın görünür. Məsələn, İran İraqdakı Mustafa Kaziminin rəhbərliyi altında qurulan yeni kabinetin üzvlərinin seçilməsində əvvəlki kimi israrçı ola bilmədi. Digər tərəfdən, Hizbullah hələ də Livanda güclü bir aktyor olsa da, çox zəiflədi. Beyrut partlayışından sonra İranın qismən söz sahibi olduğu Livandakı hökumət istefa verdi. Şübhəsiz ki, yeni hökumətin İrana yaxın olmasının qarşısını almaq üçün tədbirlər görüləcək. Livandakı çətin şərtlər səbəbindən İranın İraqda olduğu kimi, bu ölkədə də nüfuzunu qoruya bilməməsi mümkündür. Belə olacağı təqdirdə İranın “Müqavimət oxu” İraqdan sonrakı cəbhəsində – Livanda da sarsılacaq. Bu da  istər-istəməz iqtisadi cəhətdən çətin vəziyyətə düşən və İraqdan sonra Livanda da nüfuzunu itirən İranı ABŞ və müttəfiqlərinin daha asan hədəfinə çevirəcək
İranın İraq, Suriya və Livan kimi ölkələrdəki hökmranlıq sahəsi zəifləyərsə, qarşısında qalan ən optimal seçimi Suriya məsələsində Türkiyə ilə anlaşmaqdır. Ancaq ilk növbədə İran YPG / PYD / PKK ilə münasibətlərini hərtərəfli nəzərdən keçirməlidir. İran hazırda YPG / PYD / PKK-nı özünə qarşı ikinci dərəcəli təhlükə kimi qəbul etsə də, bu təşkilat Amerikanın münaqişəni İranın içərisinə daşımaq planına mükəmməl dərəcədə uyğun görünür.
İran Suriyada vətəndaş müharibəsi başlayandan bəri dəstəklədiyi Əsəd rejimi ilə YPG / PYD arasındakı gizli ittifaqa pərdə arxasında səssiz qaldı. Bu səbəbdən də İranın Türkiyə qarşısında qısamüddətli mənfəətlər əldə etməyə çalışması perspektivdə işinə yaramaya bilər.
Türkiyənin sərhədlərini terror koridorundan təmizləmək üçün həyata keçirdiyi “Barış bulağı” əməliyyatına İranın bir çox rəsmilərindən fərqli reaksiya gələrkən, qısa müddət ərzində bu proseslərin öz maraqlarına da toxunacağı hesaba qatılmamışdı.
İran tərəfi ABŞ-ın hazırkı prezidenti Donald Trampın noyabr ayında keçiriləcək prezident seçkilərində uduzmasına bel bağlayır. Amma Co Baydenin D.Tramp tərəfindən həyata keçirilən İran strategiyasından imtina edəcəyinə zəmanət yoxdurTürkiyə hazırda İran üçün pis günün dostu kimi görünür və İranın bu dostluğa hər zamankindən daha çox ehtiyacı olacaq.
 
 Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 3 320          Tarix: 13-08-2020, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma