Xəbər lenti


“Yalnız Rusiya Türkiyənin regiondakı “təcavüzkar” hərəkətlərini dayandıra bilər, ABŞ və ya Avropaya ümid etmək isə faydasızdır”. 
 
Ovqat.com xəbər verir ki, Ermənistanın eks-prezidenti Robert Koçaryan sentyabrın 2-də Rusiyanın RBC tele-kanalına müsahibəsində belə deyib.
 
Ermənistan-Azərbaycan sərhədində iyulda vəziyyətin gərginləşməsi zamanı Türkiyənin davranışını şərh edən Ermənistanın sabiq prezidenti bildirib ki, istənilən belə toqquşma tammiqyaslı münaqişəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın və digər vasitəçilərin bölgədə “alovlanan yanğının söndürülməsinə" yönəlik sürətli reaksiyası da bununla bağlıdır.
 
"Genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi həmişə mövcuddur. KİV-in, vasitəçilərin və beynəlxalq ictimaiyyətin bu cür həssas münasibəti məhz bununla izah olunur", - deyə Köçəryan qeyd edib.
 
Eks-prezident Türkiyənin kəskinləşməsi zamanı özünü son dərəcə aqressiv apardığını xatırladıb. Bununla yanaşı, Köçəryan onu da qeyd edib ki, Ankaranın Bakını “təcavüzkar hərəkətlərə” təhrik edib-etməməsi barədə məlumatı yoxdur.
 
Köçəryanın fikrincə, iyulda baş vermiş insident müharibə aparan tərəflərin ön cəbhəni gücləndirməsi məntiqinin nəticəsidir, lakin Türkiyənin davranışı çox suallar doğurur və Ermənistan üçün müəyyən problemlər yaradır.
 
"Türkiyə Ermənistan üçün ekzistensial təhlükədir, ona görə də biz çox ağrılı reaksiya veririk", — deyə eks-prezident Türkiyə ilə birgə Azərbaycanın keçirdiyi təlimlərdən danışıb.
 
Onun sözlərinə görə, Ankara həmişə Cənubi Qafqaza iddia edib və bu səbəbdən regionda öz nüfuz dairəsini genişləndirməyə çalışır. Ermənistanın eks-prezidenti həmçinin vurğulayıb ki, Rusiya obyektiv olaraq Türkiyənin bu cəhdlərini ləngidən və ya cilovlamaq iqtidarında olan yeganə ölkədir.
 
Vaşinqtonun, Brüsselin “hay-küy”ünün artıq işə yaramadığını bildirən Köçəryan Türkiyənin bölgədə təsirli şəkildə dayandırılmasında Ermənistanın Rusiyaya daha çox bel bağladığını gizlətməyib.
 


Ana səhifəyə qayıt        Baxış: 3 418          Tarix: 6-09-2020, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma