Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
Ermənistan-Azərbaycan sərhədində baş vermiş son genişmiqyaslı hərbi toqquşmadan təxminən 2 ay keçir. Həmin döyüşlər nəticəsində hər iki tərəfdən ümumilikdə 18 nəfər həyatını itirib. Toqquşmaların qızışdığı günlərdə və ondan sonra beynəlxalq ictimaiyyətin bir çox üzvü münaqişə tərəflərini gərginliyi azaltmağa, sülh danışıqlarını bərpa etməyə çağırsa da, tərəflərdən heç biri bu istiqamətdə konkert addımlar atmayıb.
Ovqat.com xəbər verir ki, Almaniyanın “CAUCASUS WATCH” nəşri bu iddianı irəli sürür.
Nəşrin “Qafqaz: müharibəyə istiqamətlənmiş region” sərlövhəli məqaləsində daha sonra bildirilir:
“Doğrudur, bu gün beynəlxalq ictimaiyyəti Qafqazdakı gərginlikdən çox COVID-19 və pandemiyanın dünya iqtisadiyyatına yaratdığı problemlər, Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizindəki böhran, ABŞ-da qarşıdan gələn prezident seçkisi, Belarusdakı etirazlar, Aleksey Navalnıyın zəhərlənməsi kimi məsələlər maraqlandırır. Amma Cənubi Qafqazda cərəyan edən narahatedici hadisələr göstərir ki, bu regionda hər an vəziyyət yenidən gərginləşə və uzunmüddətli müharibə başlaya bilər.
Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu da iyul döyüşlərindən bəri yeni təkliflər irəli sürməyib. Halbuki, bu, müharibə bölgəsində vəziyyətin uzun müddət sabit qalmasına töhfə verə bilərdi. Hər halda, rəsmi məlumata əsasən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri COVID-19 pandemiyasına görə təxirə salınıb. Onlar son dəfə iyulun 24-də bəyanatla çıxış ediblər – vəssalam.
Münaqişə tərəflərisə silahlanır, müdafiə xərclərini artırır, hərbi təlimlər keçirir (Rusiya-Ermənistan, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri). İndi, hər iki ölkədə danışıqlar prosesinin bərpası şansına daha skeptik (şübhəçi-Ovqat.com) yanaşırlar.
Bakı hər şeydən əvvəl Yerevanla substantiv danışıqların aparılmasına təkid edir. Söhbət konkret olaraq Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə hesablanmış müzakirələrdən gedir. Yəni Azərbaycan tərəfi mənasız danışıqlar prosesində iştirak etmək niyyətində deyil. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev iyul döyüşlərindən dərhal sonra xarici işlər nazirini “hücum diplomatiyası” həyata keçirmədiyinə görə istefaya göndərib. Bunun ardınca, Bakı Rusiyadan Ermənistana silah tədarük olunduğunu bəyan edərək, bundan narahatlığını açıq şəkildə dilə gətirib.
Bütün bunların fonunda isə Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə yaxınlaşma müşahidə olunur. Həm də bu, özünü təkcə sözdə göstərmir. İki ölkə birgə genişmiqyaslı hərbi təlimlər keçirir. İndi ekspertləri bir məsələ ətrafında düşünür: bu, qısamüddətli strateji manevrlərdir, yoxsa Bakının strateji kursunun dəyişməsi?
Ermənistana gəlincə, ölkənin baş naziri Nikol Paşinyanın münaqişə ilə bağlı mövqeyi daha da sərtləşib. Yerevan 2019-cu ildə “sülh qarşılığında ərazi” formulundan imtina etdiyini açıqlayıb. Bu, o deməkdir ki, artıq Ermənistan silahlı qüvvələrinin işğal altında olan 7 Azərbaycan rayonundan çıxması Yerevan üçün danışıqlar predmeti deyil. Bu azmış kimi, Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi sərt bəyanatla da çıxış edib.
Bununla yanaşı, Yerevan separatçıların danışıqlar prosesinə bərabərhüquqlu münaqişə tərəfi kimi qoşulmasını tələb edir. Lakin bu, istər Bakı, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd olunur.
Digər tərəfdən, Ermənistan müdafiə naziri David Tonoyanın rəhbərliyi altında “yeni ərazilər uğrunda yeni müharibə” şüarının əsas olduğu yeni hərbi doktrina qəbul edib. Yeri gəlmişkən, bu gün Ermənistanda hərbi ritorika və rəmzlər çox dəbdədir. Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu günlərdə “Sülh uğrunda qadınlar” təşəbbüsü çərçivəsində Dağlıq Qarabağa yollanıb. O, burada intensiv hərbi hazırlıq keçib, hətta kameralara silahla poz verib.
Bütün bunların fonunda Dağlıq Qarabağda münaqişənin həllilə bağlı bədbin ab-hava hökm sürür. Qondarma “Dağlıq Qarabağ Respublikası”ın “prezident”i erməniləri realist olmağa, Azərbaycanla müharibəyə hazırlaşmağa çağırıb. “Xarici işlər naziri” Masis Mailyan isə Minsk qrupunun təklif etdiyi, 10 ildən çoxdur müzakirə olunan “Madrid prinsipləri”nin artıq danışıqlar masası üzərində olmadığını bildirib. Onun sözlərinə görə, bu gün ətrafında müzakirələrin aparıla biləcəyi sənəd yoxdur. Əslində bu fikir Mins qrupuna həmsədrlik edən Rusiyanın xarici işlər naziri Serqey Lavrovun bəyanatı ilə belə, zidiyyət təşkil edir.
Beləliklə, yaranmış şəraitdə Qafqazda gözlənilməz nəticələrə yol açacaq yeni gərginliyin baş qaldıracağı istisna deyil. Beynəlxalq birliyin son hərbi toqquşmalara passiv reaksiyası, əslində, belə ssenariyə səssiz dəstək kimi də şərh edilə bilər.
Filip Rörs-Veyst
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar