Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
ABŞ HHQ-nin strateji bombardmançıları mütəmadi olaraq Ukraynanın hava məkanında patrul uçuşlarına başlayacaq.
Ovqat.com-un bildirdiyinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı öz Facebook səhifəsində məlumat verib.
Məlumatda deyilir ki, sentyabrın 14-də B-52N bombardmançılarından ibarət təyyarə heyəti Qara dəniz sahili rayonunda Ukrayna Silahlı Qüvvələrinin qırıcıları ilə birgə patrul xidmətinə keçib. Amerika komandanlığı belə uçuşları müntəzəm keçirməyə qərarına gəldi.
Ukrayna tərəfi bu uçuşların məqsədinin "Rusiyanın qarşısını almaq" və "Azov və Qara dənizlərin Rusiyanın daxili göllərinə çevrilməsinə yol verməmək" olduğunu gizlətməyib.
Bundan əvvəl, sentyabr ayında Ukrayna Müdafiə Nazirliyi öz rəsmi səhifələrində ilk dəfə ABŞ-ın strateji bombardmançısı B-52-lərin ölkə ərazisində Krıma qədər uçuşunun videosunu yerləşdirmişdi. Ukrayna HHQ Komandanlığının rəsmi nümayəndəsi Yuri İqnat bombardmançıların Ukrayna Su-27 və MiQ-29 təyyarələrinin müşayiəti ilə uçduğunu bildirmişdi.
Məlumata görə, ABŞ-ın B-52-ləri Ferford hava bazasından Böyük Britaniyaya və ordan isə Avropa ərazisi üzərində keçərək Ukraynaya gəlmişdilər. Ukraynada onlar Polşa sərhədindən Azov dənizinin sahilinə və geriyə marşruru üzrə uçuş manevrləri keçirmişdilər.
ABŞ-ın bu həmləsi Rusiyada ciddi narahatlıq yaratsa da, Ukraynanın uçuşa icazə verdiyinə görə Moskva təyyarələrin hərəkətinin legitim əsaslara söykəndiyini etiraf etmək məcburiyyətində qalmışdı. Bununla belə, rus hərbi ekspertləri etiraf etmişdilər ki, bu uçuşlar ABŞ-a Rusiyanın içərilərinə doğru 350 km radusunda əraziləri rahatlıqla hədəfə almaq fürsəti verir və olduqca təhlükəli status-kvo yaradır.
Ukrayna Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına inansaq (inanmamaq üçün əsas da yoxdur), dünəndən etibarən bu manevrlər mütəmadi hal alacaq. Beləcə, Moskva hər gün özünü tikan üstündə oturmuş kimi hiss edəcək.
Moskva üçün ən təhlükəli məqam isə ondan ibarətdir ki, ABŞ-ın B tipli təyyarələri nüvə silahı kimi strateji raket və bombalarını daşımaq məqsədilə istehsal olunub. Bu da öz növbəsində ən ciddi hərbi təhdid deməkdir. Onu da qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Ukraynaya nüvə silahları yerləşdirdiyinə dair məlumatlar mediaya sızdırılmışdı. Ukraynada B-52 strateji təyyarələrinin mütəmadi manevrlərə başlaması bu ehtimalı gücləndirir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar