Xəbər lenti
 

Ermənilər min fırıldaqdan çıxsalar da, Rusiyanı Dağlıq Qarabağ konfliktinə cəlb edə bilmirlər.

Ovqat.com xəbər verir ki, düşmənin növbəti cəhdi də uğursuz alınıb.

Məlumata görə, bir sıra erməni sosial şəbəkələrində Dağlıq Qarabağ sərhəddində 2 rus hərbçisinin Azərbaycan ordusu tərəfindən öldürüldüyü xəbəri yayılmışdı. Ermənilər nəhayət ki, Rusiyanın onların imdadına yetişəcəyi ümidiylə atılıb düşdükləri bir zamanda bütün ümidlərini alt-üst edən açıqlama İrəvandakı rus səfirliyindən gəlib. Səfirlik bu məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.

Ermənilər anlamırlar ki, Rusiya istəsə belə, onları əvvəlki kimi dəstəkləyə bilməz. Əks halda ordumuzun önünə düşmən kimi çıxan rus əsgərləri də “iti qovma” əməliyyatının növbəti hədəfi halına gələrlər. Moskvaya isə indiki anda haqsız, gücsüz və xain Ermənistanın yox, bütün basqılarına rəğmən çökdürə bilmədiyi Azərbaycanın dostluğu sərf edir. Təbii ki, Azərbaycan xalqına keçmiş günahlarını bağışlada bilsə.


Ana səhifəyə qayıt        Baxış: 5 503          Tarix: 1-11-2020, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma