Xəbər lenti



 Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.

 

“Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

 

Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.

 

Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.

 

Bu yerdə Bəhmən Vətənoğlunun məşhur şeiri yada düşür:

 

“Əzəldən nizamın, qurğun var idi,

Bizdə dolanırdıq, mağıl, a dünya!

İndi milçəklərin fildən böyükdür,

Səni tarimar ol, dağıl, a dünya!"

 




Ana səhifəyə qayıt        Baxış: 6 748          Tarix: 2-05-2023, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma