Ukraynanın F-16 qırıcılarının təhlükəsizliyini təmin etmək üçün uzun axtarışları irəliləməkdə davam edir, lakin təyyarələrin Ukrayna xidmətinə nə vaxt daxil ola biləcəyi hələ də aydın deyil. Avqustun 8-də danışan Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ABŞ prezidenti Co Baydenin “təlimin irəliləməsi üçün yaşıl işıq yandırdığını” təsdiqlədi, di gəl ki, hər hansı konkret təfərrüat verməkdən imtina etdi.
Ukrayna bir ildən çox əvvəl Rusiyanın genişmiqyaslı işğalının ilkin mərhələlərindən bəri ABŞ və ölkənin digər beynəlxalq tərəfdaşlarına F-16 təyyarələri üçün təzyiq göstərir. Bununla belə, Kiyev rəsmiləri əvvəlcə Moskvanın mümkün reaksiyası ilə bağlı narahatlıqlar fonunda hər hansı irəliləyiş əldə etməkdə çətinlik çəkirlər.
İlk böyük irəliləyiş 2023-cü ilin mayında Yaponiyada keçirilən G7 sammiti zamanı prezident Baydenin ABŞ-ın ukraynalılara F-16-larda təlim keçməyə hazırlaşan ölkələrin beynəlxalq koalisiyasına dəstəyini elan etməsi ilə baş verdi. O vaxtdan bəri proses gecikmələr və bürokratik maneələrlə davam edir və ilk reaktivlərin 2024-cü ilin yazına qədər Ukraynada görünməyəcəyi ilə bağlı fərziyyələri gücləndirir.
Hazırda təlimin avqustun son həftələrində başlaması gözlənilir. Böyük ehtimalla, bu təlimlər Avropada baş tutacaq, NATO-nun Rumıniyadakı aviabazası təşəbbüs üçün əsas mərkəz rolunu oynayacaq. Son məlumatlara görə, güclü ingilis dili bacarıqlarına malik səkkiz ukraynalı pilot təlimə başlamağa hazırdır, daha iyirmi nəfər isə havaya qalxmazdan əvvəl əlavə dil kurslarından keçməlidir.
Ukrayna F-16-ları Rusiyanın böyük hava üstünlüyü probleminin həlli üçün ən yaxşı çözüm yolu kimi görünür, lakin ABŞ rəsmiləri bu təyyarələrin müharibədə potensial olaraq mühüm rol oynaya biləcəyini açıq şəkildə şübhə altına alır. Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi iyulun 20-də Fox News-a deyib: “Bizim qiymətləndirməmizə görə, F-16-ların təkbaşına vəziyyətin dəyişməsi üçün kifayət deyil. 16-lar Ukraynanın cari müharibədən kənarda uzunmüddətli müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi ola bilər”.
Bu uzunmüddətli perspektiv Ukraynada populyar deyil, burada rəsmilər və şərhçilər F-16-ların çatdırılmasını Rusiyanın davam edən işğalına qarşı mübarizə üçün vacib hesab edirlər. F-16 məsələsində açıq-aşkar təcili olmaması ilə bağlı tənqidlər təkcə Kiyevlə məhdudlaşmayıb və bir çoxları bunun Rusiyanın Qərbi qorxutmaq səylərini mükafatlandırdığını iddia edir. “Putinin quru qoşunları döyüş meydanında məğlubiyyətə uğrayır, lakin onun vəhşicəsinə qorxutma müharibəsi uğurludur. Bu hədə-qorxu F-16-ların göndərilməsi kimi işləri də ləngitdi”, – təqaüdçü amerikalı general Filip Bridlav avqustun əvvəlində “Amerikanın Səsi”nə açıqlamasında deyib.
Ukraynalıların F-16 qırıcı təyyarələrinin alınmasına niyə bu qədər önəm verdiyini anlamaq çətin deyil. Hazırda Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın istifadə etdiyi daha yeni qırıcılardan əhəmiyyətli dərəcədə aşağı olan Sovet dövründən qalma reaktiv təyyarələr parkına əsaslanır. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İnhat iyul ayında Wall Street Journal-a verdiyi açıqlamada, "Rusiya təyyarəsi öz radarları ilə pilotlarımızdan iki-üç dəfə uzağı görə bilir", - deyib. Təəccüblü deyil ki, bu, ukraynalı pilotları əhəmiyyətli dərəcədə əlverişsiz vəziyyətdə qoyur. Ukrayna həm də Rusiyadan təqribən onda biri qədər olan hava qüvvələrinə malik olmaqla, sayca da çox geri qalır.
Sırf maddi-texniki baxımdan Ukraynanın Sovet dövründən qalma qırıcı donanmasının ehtiyat hissələrinə çıxış imkanları məhduddur. RUSI-nin hava gücü və texnologiyası üzrə baş elmi işçisi Castin Bronkun sözlərinə görə, Ukraynanın köhnə təyyarələrinin çoxu “yəqin ki, sülh zamanı uçuşa yararlılıq standartlarına cavab verməyib”. Nəzərə alsaq ki, Ukraynada az miqdarda işləyə bilən qırıcı təyyarələr var, bu, daha uzun uçuş tələbatına yol açır və mövcud texniki xidmət problemlərini ağırlaşdırır.
Avrasiya Mərkəzinin tədbirləri
Rusiyanın hava üstünlüyü Ukraynanın böyük hücum əməliyyatları keçirməsini olduqca çətinləşdirir. Bu, Ukraynanın davam edən yay əks-hücumunun ilk iki ayı ərzində ağrılı şəkildə aydın oldu. Bir çox ekspertin də qeyd etdiyi kimi, heç bir Qərb hərbi komandiri əvvəlcə döyüş meydanının üstündəki səma üzərində nəzarəti qurmadan belə bir hücumu həyata keçirməyə cəhd etməzdi.
Hətta lokallaşdırılmış hava üstünlüyünü təmin etmək üçün hava qüvvələri olmadan, Ukrayna qoşunları və maşınlarını uzaqdan ölümcül təsirlə vura bilən Rusiya təyyarələri qarşısında həssas vəziyyətdədir və bu çətin durumda düşmənin mövqelərinə hücum etmək məcburiyyətində qalırlar. "Ukraynalılar hücum etdikləri hava məkanına nəzarət etmirlər", - deyə Müharibə Araşdırmaları İnstitutundan Corc Barros bildirib. "Bunlar hücum əməliyyatları aparmaq üçün olduqca çətin şərtlərdir", -deyə əlavə edən Barrosun fikrincə, adekvat hava gücünün olmaması digər silah sistemlərinin, o cümlədən Qərbin Ukraynaya verdiyi sistemlərin də effektivliyini azaldır.
F-16-lar yüksək performans səviyyələri, hazırkı mövcud durumları və NATO silah sistemləri ilə uyğunluğu səbəbindən Ukrayna üçün ən yaxşı seçim kimi tanınır. Ukraynanın yaxın aylarda ilk F-16-ları avropalı tərəfdaşlardan alacağı gözlənilir və bunun üçün ABŞ-ın da icazəsi tələb olunur. Əlavə təchizat və texniki xidmət problemləri də yoxdur; istehsalçı “Lockheed Martin”in məlumatına görə, hazırda 25 ölkədə 3000 ədəd F-16 istifadə olunur. Əvəzində Ukraynanın F-16-larla silahlanmasının qarşısında əsas maneə kimi siyasi amil dayanır.
Hazırda Ukraynanın 2023-cü ilin sonuna qədər ilk F-16-ları alması perspektivi azdır, ona görə də Ukraynanın əlindəki köhnə rus qırıcılarının hazırkı əks-hücumunda hər hansı mənalı rol oynaması ehtimalı da yox dərəcəsindədir. Buna baxmayaraq, çatdırılma istiqamətində irəliləyiş həm gələcək döyüş əməliyyatları üçün, həm də Qərbin Ukrayna ilə davam edən qətiyyətli əməkdaşlığı barədə Moskvaya güclü mesaj göndərmək üçün vacib amil olaraq qalır.
Hər dəfə Ukraynanın beynəlxalq tərəfdaşları yeni silah sistemlərinin tədarükü ilə bağlı tərəddüdləri görəndə Putin cəsarətlənir və Rusiyanın Qərbi üstələmək qabiliyyətinə inamı güclənir. Böyük bir F-16 donanmasının təmin edilməsi və saxlanması ilə bağlı möhkəm öhdəlik, əvvəlki gecikmələr nəticəsində Qərbin etibarına dəyən ziyanı aradan qaldırmaq üçün çox şeylər edilməlidir. Ən əsası isə odur ki, bu, saysız-hesabsız ukraynalı həyatını xilas edə bilər.
Oliviya Yançik
Atlantik Şurasının Avrasiya Mərkəzində proqram köməkçisi
Tərcümə etdi: Ovqat.com
Paylaş: