Xəbər lenti


NATO-nun Aİ-dəki təlimlərində Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”.

 

Ovqat.com-un məlumatına görə, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nun “Dayanıqlı Müdafiəçi – 2024” (Steadfast Defender - 2024) təlimlərini şərh edərkən bildirib.

 

İnquşetiyanın paytaxtı Maqasda Şimali Qafqaz Federal dairəsinin bölgələrində milli təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda çıxış edən Patruşevin fikrincə, bu təlimlər "dünyada gərginliyi artırır və sabitliyi pozur".

 

 

Alyansın yeni müharibələrə hazırlaşdığını vurğulayan TŞ katibi ABŞ-ı dünya nizamında “dağıdıcı rol” oynamaqda günahlandırıb: “ABŞ-ın Yaxın tarixdəki dağıdıcı rolu göz qabağındadır. Başqa heç bir ölkə bu qədər müharibə və hərbi münaqişə yaratmayıb, bu qədər dağıdıcı iqtisadi böhranlara səbəb olmayıb".

 

O, həmçinin qeyd edib ki, Vaşinqtonun digər dövlətlərə mühüm təsir vasitəsi Rusiyanın qərb sərhədləri yaxınlığında mənzillənən “təcavüzkar NATO bloku”dur: “Mövcud olduğu 75 il ərzində NATO guya sülhün və demokratiyanın qarantı kimi dünyada 100 - dən çox müharibə və hərbi münaqişəyə başlayıb və indi də növbətisinə hazırlaşır".

 

 

NATO-nun Asiya - Sakit Okean Regionunda, Arktikada mövcudluğunu daha da genişləndirməyi planlaşdırdığını deyən Patruşev xatırladıb ki, “2024 - cü ildə NATO ölkələrinin hərbi məqsədlər üçün nəzərdə tutulan xərcləri artmağa davam edir ki, bu da bu alyansın artan aqressiv mahiyyətini bir daha vurğulayır”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 290          Tarix: 7-03-2024, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma