Xəbər lenti

 

ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, onlar Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndələri ilə görüşüblər.

Məlumata görə, konqresmenlər rəsmi Ankaraya ABŞ-ın Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyinə dair mesajı çatdırıblar.

Konqresmenlər keçirdikləri görüşlərdə bildiriblər ki, Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almaqdan imtina etdiyi halda, ABŞ-ın “F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyduğu qadağa aradan qaldırıla bilər.

Türkiyə rəsmiləri isə ABŞ Konqresinin rəsmi Ankaraya qarşı tutduğu səhv mövqenin dəyişməsinin vacibliyini söyləyiblər.




Ana səhifəyə qayıt        Baxış: 329          Tarix: 27-08-2018, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma