Xəbər lenti

 

İraqda İŞİD-in son qalası olaraq bilinən Köhnə Mosuldan önəmli xəbərlər gəlir.

Ovqat.com-un yerli qaynaqlara istinadən verdiyi xəbərə görə, ərazinin böyük bölümü artıq İraq güclərinin əlindədir.

Bununla belə, dar və texnikanın hərəkətinin çətin olduğu məhəllələrdə hələ də müqavimət göstərməyə çalışan terrorçular qalmaqdadır. Şəhərdəki təhlükəsizlik mənbələrinin məlumatına inansaq, bunların ümumi sayı 300-ü keçmir. Bir zamanlar 20 min İŞİD döyüşçüsünün toplandığı güman olunan bu şəhərdə indi bir neçə yüz “xilafətçi”nin qalması “Qarabayraqlılar” kabusunun artıq bitmək üzrə olduğunu göstərir. Mütəxəssislərin fikrincə, dar küçələrə və xarabaya çevrilən evlərə sığınan bu bir ovuc İŞİD silahlısı son vəzifələrini – intihar terrorunu icra etmək üçün uyğun zaman gözləyir.

 

Köhnə Mosulda çəkilən şəkillərdən də aydın olur ki, ağır döyüşlərə səhnə olduğundan  bölgədə daş üstündə daş qalmayıb. Demək olar ki, bütün evlər dağıdılıb, uçqunlar altında insanların cansız bədəni görünür. Şahidlərin bildirdiyinə görə, dağıntı altından çıxarılmayan meyitlərin qoxusu bütün şəhəri bürüyüb. Köhnə Mosulda nəfəsi daraldacaq bu üfunət qoxusunun ciddi xəstəliklər yaya biləcəyindən ehtiyat edilir.

Köhnə Mosulun tam ələ keçirilməsi üçün Dəclə çayının sahillərinə çatmaq son hədəf olaraq seçilib. İraq silahlı qüvvələrinin bu hədəfi reallaşdırmalarına isə cəmi 180 metr məsafə qalıb. Bunu Mosul əməliyyatına rəhbərlik edən yüksək rütbəli hərbçilərdən general-mayor Əbdülvəhab Sabi etiraf edərək deyib:  “İŞİD üzvləri dar küçələrdə tamamilə mühasirəyə alınıb. İraq qüvvələri Dəclə çayı sahilinə çatmaq üzrədir.  Bu məsafə 180 metrə qədər azalıb”.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 6-07-2017, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma