Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, ermənilər sentyabrın 2-də Xankəndində qondarma respublikanın müstəqilliyinin 28-ci ildönümü ilə bağlı silah sərgisi keçirəcək. Hərbi texnikaların da iştirak edəcəyi sərgidə çoxsaylı qonaqların da iştirakı gözlənilir.

Maraqlıdır, Azərbaycan işğaldakı torpaqlarda parad səviyyəli hərbi sərginin keçirilməsini əngəlləmək üçün hansısa addımlar atmalıdırmı? Bu sərginin qarşısını almaq üçün hərbi müstəvidə hər hansı hərəkətliliyin sərgilənməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bu və bu kimi qanunsuzluqların qarşısını almaq üçün Azərbaycanın hökmən işğaldakı torpaqların azadlığı istiqamətində ciddi addımalr atmasının vacib olduğunu bildirdi:

“Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Azərbaycanın başqa yolu yoxdur. Yoxsa hər dəfə düşmən işğaldakı torpaqlarda bir tədbir keçirəcək. Bu tədbirllər bağlı verilən bəyanatların isə heç bir əhəmiyyəti yoxdur. Bəyanatlar heç nəyi dəyişmir. Heç bir yenilik olmur. Odur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir ki, belə qanunsuz hərəkətlər bir də baş verməsin. Bizim başqa yolumuz yoxdur”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 213          Tarix: 31-08-2019, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma