Xəbər lenti

 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yataqları blokunda neft hasilatı 500 milyon tona çatıb.

Bu barədə AÇG-nin işlənməsi üzrə operator olan BP şirkətindən bildirilib.

Bildirilib ki, 1997-ci ildən bəri AÇG-dən hasil edilən yarımmilyard ton neft, əsasən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac boru kəmərləri ilə Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına nəql edilmişdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun qeyd etdiyi kimi, bu mərhələ “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümündə böyük töhfədir:

“Bir operator olaraq ölkə və AÇG-dəki bütün tərəfdaşlar üçün bu mərhələyə gəlib çatmağımızdan qürur duyuruq. Bu nailiyyətə töhfə verən bütün insanları təbrik etmək istərdim və əməliyyat qrupumuza təhlükəsizlik və etibarlı işinə saqiqliyinə görə təşəkkür edirəm”.

Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci ildə Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı yeni bir saziş imzalanmışdır.
Layihədə iştirak payı aşağıdakı kimidir: BP (operator) – 30,37 faiz, AzACG (SOCAR) – 25 faiz, Chevron – 9.57 faiz, INPEX – 9.31 faiz, Equinor – 7.27 faiz, ExxonMobil – 6 , 79 faiz, TP – 5.73 faiz, ITOCHU – 3.65 faiz, ONGC Videsh Limited (OVL) – 2.31 faiz.

Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 10-01-2020, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma