Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
NATO-nun Qara dənizdə “Sea Breeza-2021” hərbi təlimləri bitər bitməz ABŞ-ın "USS Roosevelt" raket esminetsi Barens dənizində, Kola yarımadasında peyda olub.
Ovqat.com “Оперативная линия” Telegram səhifəsinə istinadən xəbər verir ki, gəmi Norveçin şimal hissəsini keçərək Rusiyanın dəniz sərhədlərinə yaxınlaşıb.
Ekspertlər bu yaxınlaşmanı təsadüfi saymır, Rusiya Hərbi Dəniz Donanmasının Kola yarımadasında bəzi raketləri sınaqdan çıxarmaq planı ilə əlaqələndirirlər. Məlumata görə, Rusiyanın bu sınaqları gələn həftə keçiriləcək.
ABŞ Hərbi Dəniz Qüvvələri Komandanlığının bu məlumatı hələ ki rəsmən təsdiqləməyib. Lakin bir qədər əvvəl Amerika KİV bildirirdilər ki, hazırda “USS Roosevelt” raket gəmisi ekipaja həvalə edilmiş missiyaya uyğun olaraq patrul xidməti ilə məşğuldur.
Qeyd edək ki, rus ekspertləri nə qədər ABŞ esminetsinin Barents dənizində keçiriləcək raket sınaqlarını izləmək üçün Kola yarımadasına yaxınlaşdığını bildirsə də, əslində şimal dənizlərinin bu istiqaməti NATO-nun ən zəif nöqtəsi olaraq bilinir. Hətta ötən ilin sentyabr ayının əvvəllərində Alyansın bir sıra ölkələri – Norveç, Böyük Britaniya və ABŞ bu ərazidə nəzarətlərini gücləndirmək üçün olduqca çətin hərbi təlimlər keçirmişdilər. NATO-nun rəsmi açıqlamasına görə, təlimlər "Böyük Britaniya və onun müttəfiqlərinin regiona sərbəst girişini və Naviqasiya azadlığına sadiqliyini nümayiş etdirirdi”.
İddialara görə, sentyabr ayında Barents dənizi donduğundan NATO-nun ötən ilki təlimləri çox da uğurlu alınmamışdı. Belə ki, Rusiya 20-yə yaxın buzqıran gəmisi ilə soyuq aylarda Şimali Buzlu okeanda və onun dənizlərində rahat hərəkət etdiyi halda, NATO-nun bu cür texniki bazası yoxdur. ABŞ-ın sadəcə bir buzqıran gəmisi var ki, həmin təlimlərə o qatılmamışdı. Üstəlik, NATO gəmilərinin soyuqdan müdafiə zirehləri də istənilən səviyyədə deyil. Onlar əsasən isti sularda hərəkət etdiyindən bu zirehə ehtiyac duymurlar. Rusiyanın Şimal donanması isə əsasən Barents dənizində fəaliyyət göstərdiyindən regional iqlimə daha uyğun düzəldiliblər. Bu baxımdan Barents dənizində Rusiyanın Şimal donanmasının hərəkət imkanları NATO ilə müqayisədə daha avantajlıdır.
Ötən ilki hərbi təlimlərə də “USS Roosevelt” gəmisi qatılmışdı. Fəqət ABŞ flotuna rəhbərlik edən o yox, “USS Ross” destroyeri idi. Bunun səbəbini Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi destroyerin “Tomahavk” balistik raketləri və Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunması ilə izah edirdi. Bu iki gəmidən əlavə flota ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Donald Cook”, və “USS Porter” gəmiləri də daxil idi. Təlimlərə ümumi rəhbərliyi isə Böyük Britaniya həyata keçirirdi. Böyük Britaniyan bu təlimlərdə HMS Sutherland və RFA Tidespring freqatları ilə təmsil olunurdu.
Bəs, Şimal dənizləri ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir?
Başlıca səbəblərdən biri həmin dənizlərin ABŞ-ın nəzarətindən tam kənarda qalmasıdır. Bəlli olduğu kimi, ABŞ-ın dünya hegemoniyası dənizlərə nəzarət prinsipinə söykənir. Dünyanın nadir su hövzələrindən biri də Şimali Buzlu okeandır ki, orada ABŞ-ın “şələsi fırlanmır”. Region tamamilə Rusiyanın nəzarətindədir və bu durum ABŞ-ın dünya lideri olmaq üstünlüyü üçün nöqsan sayılır.
Daha mühüm səbəb isə Şimali Buzlu okeanın və Arktikanın təbii sərvətlərində gizlidir. Təsadüfi deyil ki, Rusiya və ABŞ liderlərinin ötən ay Cenevrədə keçirdikləri görüşə də Arktikanın birgə istismarı məsələsinin müzakirəsi öz damğasını vurmuşdu. Məlumata görə, Arktikada ciddi neft və qaz yataqları zəngindir. Hətta bu yataqların həcmi o qədər böyükdür ki, istismara başlayacağı təqdirdə dünyanın enerji mərkəzinin Yaxın Şərqdən Arktikaya keçəcəyi bildirilir. Maraqlı burasıdır ki, Alyaskadan bu bölgəyə çıxışı olmasına baxmayaraq, ABŞ uzun illər Arktikada tədqiqatlara əhəmiyyət verməmiş və bölgə tamamilə Rusiyanın ixtiyarına keçmişdi. Rusiyanın Şimali Buzlu okeanında tətqiqat işləri bu gün də intensiv şəkildə davam etdirilir. Görünən budur ki, gələcəyin əsas enerji bazası olmağa iddialı bölgə uğrunda mübarizə indi daha da qızışıb və ABŞ-ın Norveç sahillərinə “təşrif buyurması”nın əsas səbəbi Avropanın təhülkəsizliyi də deyil. Vaşintqon nəyin bahasına olursa olsun, Rusiyanın Arktikanın təkbaşına istismarına yol vermək istəmir. Barens dənizində ortaya çıxan hərbi gərginliyin əsas səbəbi də bu amildə axtarılmalıdı
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar