Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Vüsal Quliyev
Harvard Universiteti Davis Mərkəzinin Tədqiqatçısı
Son onillikdə qlobal geosiyasətin episentri halına gəlmiş və dünya nəhənglərinin geostrateji qaydalarını diktə etməyə çalışdıqları Sakit və Hind Okeanı hövzələri, yeni sövdələşmələrin imzalanmasına və koalisiyaların qurulmasına şahidlik edir. Bu qəbildən olan və cari ilin ən mühüm hərbi-siyasi razılaşmalarından biri olaraq qəbul edilən AUKUS paktı da regionda siyasi-iqtisadi mənzərənin dəyişməsini sürətləndirəcək hadisələrdən biri hesab edilir.
Dünya siyasi gündəmini zəbt etməyə davam edən hadisələrin başında gələn bu razılaşma dövlətlərarası münasibətlərin yeni mərhələyə girməsindən xəbər verir. Belə ki, üç ayrı qitəni təmsil edən ABŞ, Britaniya və Avstraliya kimi anqlo-sakson dünyasının əzəli müttəfiqləri arasında əldə edilmiş razılaşmaya əsasən, uzun illərdən bəri Okeaniyadakı hərbi-strateji mövqeyini gücləndirməyə can atan rəsmi Kanberra ABŞ-ın olduqca konfidensial şəkildə saxladığı və bu günə qədər təkcə Britaniya hökuməti ilə bölüşdüyü nüvə reaktorları əsasında çalışan sualtı gəmi texnologiyasına sahib olacaq.
Tərəfdaşlar arasında iqtisadi əməkdaşlıqlara və müttəfiqlərarası siyasi münasibətlərə qədər təsir etməsi ilə tanınan AUKUS nüvə sualtı gəmisi və texnologiyası satışına dair sövdələşmə kimi görünsə də, razılaşma eyni zamanda, bu sahədəki bilik və təcrübələrin bölüşdürülməsi, gərəkli infrastrukturanın və təsisatların qurulması, habelə, süni intellekt, robotexnika, kvant texnologiyası və kiber təhlükəsizlik kimi strateji sahələrdə qarşılıqlı əməkdaşlıqları da əhatə edərək regionda birgə hərbi təhlükəsizlik sisteminin yaradılmasını reallaşdıracaq.
Ənənəvi dizel-elektrik mühərriklərinin əksinə, yeni nəsil nüvə reaktorları vasitəsilə hərəkətə gətirilən bu hərbi vasitələrin yalnız mühərrik hissəsinin nüvə əsaslı texnologiyaya malik olacağı, döyüş məqsədli hər hansı nüvə silahı daşımayacağı hər üç hökumət başçısı tərəfindən bəyan edilsə də (mühərrikinin növündən asılı olmayaraq istənilən hərbi sualtı gəmi nüvə başlığı daşıya bilir), saziş Avstraliyanın strateji əhəmiyyətinin ciddi şəkildə artması və bölgədə Çin Azadlıq Ordusunun potensial hərbi aktivliyi zamanı (xüsusən, Tayvana qarşı hər hansı hərbi müdaxiləsinə) bariyer rolunu oynayaraq ilkin müdafiə funksiyasını yerinə yetirəcək hərbi güc olacağı ehtimalını artırır. Bununla da, Avstraliya P5 ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü) və Hindistandan sonra bəhsi keçən hərbi texnikaya sahib yeddinci ölkə olma statusunu daşımış olacaq. Qeyd edək ki, Avstraliya nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq məqsədilə qoşulduğu NPT-nin (Nüvə Silahlarının Qarşısının Alınmasına Dair Müqavilə) şərtlərinə əsasən nüvə silahına sahib ola bilməz.
Məlum olduğu kimi, ərazi sularının qorunmasından tutmuş beynəlxalq miqyasda məlumat toplamağa qədər bir çox vəzifələri yerinə yetirən sualtı gəmilər müasir dövrdə böyük dövlətlərin dəniz donanmalarının əvəzolunmaz hissəsi hesab edilir və yüksək texniki parametrlərlə təchiz olunduğundan istehsalı bir çox ölkələr üçün çətin olaraq qalır.
Rəqibləri ilə müqayisədə nüvə sualtı gəmiləri daha çevik və sürətli hərəkət qabiliyyəti, yüksək manevr imkanları, uzun müddət su altında qalma potensialı, düşmən radarlarından daha effektiv yayınma bacarığı kimi üstünlüklərə sahib olsa da, mürəkkəb istehsalat şərtləri, yüksək saxlama və təmir xərcləri bu tip gəmilərin əsas çatışmazlıqları kimi görünür.
Qlobal miqyasda, əsasən, Çin və Fransanı narazı salan bəhsi keçən strateji ittifaq, birincinin hərbi və təhlükəsizlik, ikincinin isə maliyyə-iqtisadi maraqlarına zərbə vurub. Belə ki, AUKUS sazişinin imzalanmasından sonra Avstraliya və Fransa arasındakı 2016-ci ildə dizel-elektrik mühərrikli sualtı gəmilərin sifarişinə dair əldə olunmuş razılığa birtərəfli qaydada xitam verilməsi rəsmi Paris tərəfindən hiddətlə qarşılanıb (Fransanın sifarişləri gecikdirməsi)…
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar